"Ziyalılıq bir vəzifə, rütbə, diplom deyil, bir cihaddır..."


Düşmanlarımız nədən mənə bu qədər hücum edir.
Mənim amacım nədir. Nədən hədəfə çevrilmişəm.
Mənim davam onları nədən narahat edir.
Çünki mənim bütün elmi-siyasi fəaliyyətim, Türk Millətinin və Azərbaycan Dövlətinin və Türkiyənin qorunmasına həsr olunub. Çünki mən Azərbaycan ziyalısını bax bu məqsədlər uğrunda mübarizəyə çağırıram. Araşdırdığımız elmi işlər,yazdığımız kitablar, məqalələr öncə bütün insanlığa, sonra isə Milli Dövlətimizə,Milli kimliyimizə xidmət etməlidir.
Ziyalılıq bir vəzifə,rütbə, diplom deyil, bir cihaddır.
Mənim baxışıma görə Dünya qloballaşdıqca transnasional güclər və təşkilatlar siyasi elitalara və medyaya nəzarəti gücləndirir.Bir növ onların fəaliyyətini öz xeyirlərinə "Zərərsizləşdirir”, kosmopolitləşdirir. Məhz belə bir məqamda Milli dövlətçiliyin, milli maraqların,milli mədəniyyətin, milli kimliyin təmsilçisi ziyalılar olur. Demokratik cəmiyyətlərdə ziyalılar yaşadıqları ölkənin, toplumun sosial-siyasi həyatında aktiv iştirak etməklə cəmiyyətin inkişafına yön verməlidirlər.Fəal vətəndaşlıq mövqeyi qoymalıdırlar. Korrupsiyaya, Ədalətsizliyə, seçki saxtakarlıgına sipər olmalıdırlar. Ziyalılar bir növ partiyasız siyasətçilərdir. Yəni onlar hakimiyyət ugrunda bir başa siyasi mübarizə aparmır, lakin cəmiyyətin, ölkənin milli inkişaf strategiyasının müəyyənləşməsi yönümündə siyasi mübarizə aparırlar. Ziyalının qorumalı olduğu, iki əsas dəyər var. Millət, Dövlət. Ziyalılar bu iki dəyəri zədələmək istəyən bütün xarici, daxili güclərə, bəzən hətta siyasi iqtidarlara qarşı belə dirənməyi, mübarizə aparmagı bacarmalıdır. Ziyalılıq haqqında çoxsaylı fikirlər var. Mənim fikrimcə bütün həyatını mənsub oldugu toplumun, millətin, ölkənin, insanlıgın tərəqqisinə, qurtuluşuna həsr edən, onu tarixin böhranlı anlarında qoruyaraq aydınlıga, sülhə qovuşduran, Zülmün qarşısında divar kimi dikilən şəxs ziyalıdır. Fikir və ideyaları ilə Zamanını ötüb keçən, gələcəyin yaşam konseptini, paradiqmalarını yaradan şəxs ziyalıdır. Tarixin inkişafını humanizm və tərəqqiyə döndərən, dəyişə bilən şəxs ziyalıdır. Şeyx Cəmaləddin Əfqani, Əhməd Agaoglu, Əlibəy Hüseynzadə, M.Ə,Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan Bəy Topçubaşi, Cavad Heyət, M.T.Zehtabi mənim fikrimcə ziyalılığın örnəkləridir.

Yasəmən Qaraqoyunlu,
AMEA Fəlsəfə İnstitunun elmi işçisi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300