NATO Kataloniya ilə bağlı məsələyə münasibət bildirib
NATO-nun baş katibi Yens Stoltenberq Kataloniya problemini konstitusion yolla həll etməyə çağırıb.
Bu barədə o, "Twitter”də yazıb.
"Kataloniya problemi İspaniya Konstitusiyası çərçivəsində həll olunmalıdır”, - deyə baş katib qeyd edib. Y. Stoltenberq təhlükəsizliyin təmin olunması məsələlərində Madridin vacib müttəfiq olduğunu vurğulayıb.