"Real" Zinəddin Zidanın yerinə kimi gətirir?

 

"Real" Zinəddin Zidanın varisini müəyyənləşdirib.

 

 

"Qaynarinfo" xəbər verir ki, "Kral Klubu" axtardığını İngiltərədə tapıb.

 

Son dövrlər Zidanın adı Fransa millisi ilə yanaşı çəkilir. Fransa mediası iddia edir ki, yerli federasiya onu "DÇ-2018"dən sonra millinin başına gətirmək istəyir.

 

Bu səbəbdən "Real" indidən varis axtarışına başlayıb və axtardığını tapıb. İddialara görə, Zidan komandanı tərk edəcəyi halda onun yerinə hazırda "Tottenhem"i çalışdıran Maurisio Pokettino gətiriləcək.

 

45 yaşlı argentinalı mütəxəssis gənc olmasına rəğmən artıq özünü göstərə bilib. 2014-cü ildən "Tottenhem"ə başlçılıq edən Maurisio Pokettino həm oynatdığı futbol, həm də qazandığı nəticələrlə özünü sübut edib.

 

Qeyd edək ki, Zidan 2016-cı ildən çalışdırdığı "Real"la 2 dəfə Çempionlar Liqasının, 2 dəfə İspaniya Kubokunun, 1 dəfə La Liqanın, Avropa Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300