Quran və İmam Hüseynin (ə) qiyamı

Bismillahir-Rəhmanir-Rəhim

Sual: İmam Hüseyin (ə) qiyamı Qurani-kərimlə uyğundurmu?Cavab: İmam Hüseyinin (ə) qiyamını müxtəlif cəhətlərdən dəyərləndirmək mümkündür. Bu cəhətlərdən biri də imamın qiyamını Qurani-kərimin ayələrinə əsaslanaraq araşdırmaqdır. Quran araşdırmasında bu barədə bir neçə mövzuya: "zalımlara qarşı Quranın mövqeyi”, "Quranın bu barədə müsəlmanlara əmr etdiikləri”, "Quranın zalımlarla rəftar metodu”, "haqq və batil toqquşmasının nəticələri” və s, işarə etmək olar. Lakin bu kiçik yazıda, qeyd etdiyimiz sualı cavablandıraraq qiyamın, İmamın açıqladığı və Quran təlimlərində izah etdiyi bəzi amillərinə işarə edirik:

1. Allahın adını yüksəltmək və onin dininə kömək etmək: Cihad, Allahın razılığını qazanmaq, ictimai ədaləti bərpa etmək, şirk və bütpərəstlik kimi batil əqidələri məhv etmək, Allahın əmrlərini icra etmək və aldadılmış şəxsləri himayə etmək kimi amillərə əsasən vacibdir. Qurani-kərimdə buyurulur: "Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.”(1) İmam Hüseyin (ə) öz qiyamının səbəbi barədə buyurur: "Mən Allahın dininə kömək etmək və şəriətini izzətlə qorumaq üçün Allah yolunda cihad edib, Allahın adını ucalda biləcək ən layiqli şəxsəm”.

2. Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vasitəsilə ümməti islah etmək: İslam dininin maarifində fəsad və batil əməllərdən çəkinməklə yanaşı fəsadla məşğul olanları islah etmək prinsipi də var. Qurani-kərim iman və təqvanın kifayət etmədiyini bildirərək, Allah yolunda çalışmaq və insanları hidayət etməyin zəruriliyini bildirir: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!”(2) Quran yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirən ümməti ən yaxşı ümmət hesab edərək buyurur: "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.”(3)

Yaxşı işlər görməyi əmr etmək və pis əməllərdən çəkindirmək tarix boyunca bütün peyğəmbərlərin önəmli vəzifələrindən olub: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik...”(4) İmam Hüseyin (ə) öz qiyamının səbəbi barədə buyurur: "Haqqa əməl olmadığını görmürsünüzmü?! Batilin qarşısı alınmadığını görmürsünüzmü?! Mən qanımın axması ilə nəticələnsə belə yaxşı işlərə dəvət etmək və pis əməllərdən çəkindirməyi qərara almışam.” Başqa cümlədə qardaşı Məhəmməd ibn Hənəfiyyəyə buyurur: "Mən fəsad ya zülm etmək üçün qiyam etmədim, cəddim peyğəmbərin ümmətini islah etmək üçün qiyam etdim. Peyğəmbər (səlləllahu ələyhi və alih) və həzrət Əli (ələyhis-səlam) kimi yaxşı işlər görməyiə dəvət etmək və pis əməllərdən çəkindirmək istəyirəm”(5)

3. Yezidin fasiqliyi və onun hökumətinin batilliyi: İslam rəhbərinin birinci şərti ilahi qanunlara əməl etməsidir: "Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!”(6) Həm xalq, həm də İslam hökumətinin məmurları Allaha itaət etməlidirlər. Əks təqdirdə Allaha itaətdən uzaq hökumətlər Quran tərəfindən şiddətli danlağa məruz qalmalı olacaqlar: "Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təbliq etdiklərinə görə bir peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular”(7) İmam Hüseyinin (ələyhis-səlam) buyuruqlarına əsasən Yezid və onun hökuməti heç bir İslami dəyərə malik deyildir. Həzrət bu barədə buyurur: "Yezid fasiq insandır, günahsız adamların qatilidir, şərab içəndir. Camaat şeytana itaət etmək məcburiyyətindədirlər. Alahın itaətini tərk ediblər və yer üzündə fəsad törədirlər. Allahın haramın halal, halalını isə haram ediblər.”(8)

4. Zalım sultana qarşı qiyamın vacibliyi: Quran təlimlərində zülm edənlərə rəğbət bəsləmək və kömək göstərmək qadağan edilmişdir: "Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa himayədarınız yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!”(9) İmam Hüseyin (ə) öz qiyamının amillərindən birini də sitəmə və zalım sultanın əleyhinə etirazın vacibliyini bilir. Həzrət bu barədə buyurur: "Hər kim Allahın haramını halal, halalını isə haram edən, peyğəmbər sünnəsi ilə müxalifət edən və camaata zülm edən sitəmkar hakimi (rəhbəri) görüb bir söz deməsə və yaxud etiraz və qiyam etməsə Allah onu cəhənnəmə aparmağı lazım bilər.”(10)

Qeydlər: 1. Bəqərə surəsi, 193-cü ayə. 2. Maidə surəsi, 35-ci ayə. 3. Ali-İmran surəsi, 110-cu ayə. 4. Nəhl surəsi, 36-cı ayə. 5. Mənaqibi ali Əbi Talib, c: 4, səh: 89. 6. Nisa surəsi, 105-ci ayə. 7. Hud surəsi, 59-cu ayə. 8. Biharul-ənvar, c: 44, səh: 381. 9. Hud surəsi, 113-cü ayə. 10. Biharul-ənvar, c: 44, səh: 381.

İlahiyyatçı-yazar Şəhriyar Əliyev

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300