Bakıda ''Porsche''ni qonşunun üstünə sürən generalın qaynı imiş... - FOTO

Bakıda ''Porsche''ni qonşusunun üstünə sürərək onu ölümlə hədələyən biznesmenin generalla qohumluq əlaqəsi üzə çıxıb. Criminal.az xəbər verir ki, biznesmenin hiddətinə qonşusunun ona salam verməməsi səbəb olub.

Bir neçə gün əvvəlBinəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Rəşad qaraşda ona salam verməyib. Bu hərəkəti özünə hörmətsizlik kimi qəbul edən Orxanqarajda onunla dalaşıb, sonra da ''səni tapdalayaram'' deyərək maşınının sükanı arxasına keçib. ''Porsche'' markalı avtomobilini işə salaraq Rəşadın üstünəsürüb.

Criminal.az-ın əldə etdiyi məlumata görə, O.Əhədov vergilər naziri Fazil Məmmədovunmüşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışır. H.Məmməov vergi generalıdır.

O.Əhədovun Bakıda bir neçə çay evi və obyektləri var. Qardaşı Rövşən Əhədov isə bir neçə il əvvəl adam öldürüb və artıq cəzasını başa vuraraq azadlığa buraxılıb.

Onu da qeyd edək ki, O.Əhədov xuliqanlıq hərəkəti etməklə yanaşı, polisə qarşı da saymamazlıq edir. Hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının çağırışlarına məhəl qoymur, barəsindəki şikayətlə bağlı izahat verməkdən boyun qaçırır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300