Qaçqın separatçıdan xəbər çıxdı

 

İspaniyanın Konstitusiya Məhkəməsi oktyabrın 31-də Kataloniya vilayətinin müstəqilliyi haqda qətnaməni ləğv edib. Eyni gündə bölgənin separatçı liderindən də xəbər çıxıb.

Muxtariyyət statusu olan Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də bölgəni müstəqil dövlət elan edib.

Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Vilayətin başçısı (prezident) Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.

Karles Puçdemont oktyabrın 30-da İspaniyanı tərk edərək Belçikanın paytaxtı Brüsselə sığınıb. Novator.az-ın məlumatına görə, qiyamda təqsirləndiriləcəyi gözlənən Karles Puçdemont oktyabrın 31-də Brüssel Mətbuat Klubunda jurnalistlərlə görüşüb. O deyib ki, Kataloniya hökuməti Madridlə dialoq qurmağa cəhdlər göstərib, ancaq İspaniya hökuməti ilə razılaşmanın mümkünsüzlüyünü anlayanda müstəqilliyi bəyan etməyə məcbur olub.

Karles Puçdemont Belçikadan siyasi sığınacaq istəyəcəyi ilə bağlı iddiaları təkzib edib: "Mən Brüsselə Avropa ilə danışmağa gəlmişəm. Kataloniyanın qanuni başçısı kimi bölgədə nələrin baş verdiyini bölüşmək istəyirəm”.

Karles Puçdemont dekabrın 21-nə təyin olunmuş növbədənkənar parlament seçkisinin istənilən nəticəsini qəbul etməyə hazır olduğunu vurğulayıb, qeyd edib ki, Madrid də Kataloniya xalqının öz iradəsini ifadə etməsinə hörmətlə yanaşmalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300