"Bu, Türkiyənin milli qərarıdır” – NATO baş katibi
NATO baş katibi Yens Stoltenberq Tokioda keçirilən mətbuat konfransında Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması barədə suala cavab verib.
Avropa.info xəbər verir ki, Stoltenberq Rusiya ilə müqaviləni Türkiyənin milli qərarı adlandırıb.
"Türkiyənin Rusiya ilə S-400 sistemlərin alınması ilə bağlı müqavilə imzalayaraq hava müdafiəsinin yeni imkanlarına sərmayə qoyması milli qərarıdır” – o, belə deyib.
Xatırladaq ki, ABŞ daha əvvəl Türkiyənin Rusiyadan S-400-lər almasını NATO üçün problem adlandırmışdı.