Mehman Hüseynovun növbəti məhkəmə prosesi keçiriləcək

 

Həbsdəki blogger, "Sancaq" səhifəsinin admini Mehman Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayır.

Mehman Hüseynov Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına köçürülüb. Bu barədə M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.

Musavat.com xəbər verir ki, Elçin Sadıqov Mehman Hüseynovun Suraxanı rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə noyabr ayında baxılacağını deyib:"Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib və hakim Əflatun Qasımovun icraatına verilib. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmündən verdiyim apellyasiya şikayətinə yenidən 03 noyabr 2017-ci il tarixdə, 15:00-da baxılacaq”.

Elçin Sadıqovun sözlərinə görə, Mehman Hüseynov artıq Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına köçürülüb:"Məhkəmədən bildirdilər ki, Mehman Hüseynov artıq Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına (Şüvələn qəsəbəsində yerləşən təcridxanaya) köçürülüb”.

Qeyd edək ki, Mehman Hüseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlərin önünə çıxan blogger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləmişdi. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə Suraxanı rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Ali Məhkəmə bloggerin kassasiya şikayətini qismən təmin edib və cinayət işini yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Məhəmməd Türkmən,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300