Rüstəm İbrahimbəyov 2018-ci ilin prezident seçkilərinə qatılmayacaq

 

"Hazırda Azərbaycana gəlmək haqqında düşünmürəm. Sadəcə olaraq uzaqdan prosesləri izləyirəm. Milli Şuranın mitinqlərini böyük həvəslə izləyir və dəstək verirəm. Amma 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə maraqlanmıram”.

Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

Kinorejissor Azərbaycanın tanınmış diktoru Rafiq Hüseynovun vəfat etməsi xəbərinə çox üzüldüyünü dilə gətirib.

"Axırıncı dəfə mənə təsir edən hadisə tanınmış diktor Rafiq Hüseynovun vəfat etməsi oldu. Bu xəbərə çox təəssüfləndim. Ona görə də onun haqqında yazı yazdım. Amma Rafiqin vəfatı ilə bağlı görəcəyim işlərdən danışmaq istəmirəm. Öz səhhətimə gəlincə, hər şey qaydasındadır. Elə bir ciddi şikayətim yoxdur”.

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri ərəfəsində öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300