Kataloniya hökumətinin saytları fəaliyyət göstərmir

 

Kataloniya hökumətinin, həmçinin onun başçısının və vitse-prezidentin saytlarının fəaliyyəti dayanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, govern.cat, president.cat və vicepresident.cat saytlarına giriş zamanı brauzer "serverin aşkar olunmadığını” və səhvin baş verdiyini göstərir.

Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir.

Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.

İspaniya hökuməti tərəfindən istefaya göndərilən Kataloniya parlamenti bu qərarı qəbul edib və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300