Ürək xəstəliyinin əlamətləri

 

Son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı sürətlə artır. Ən təhlükəlisi isə bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb.

Ürək cərrahı Kamran Musayevin sözlərinə görə, gənc yaşda bu xəstəliyin ortaya çıxmasının ən önəmli səbəbləridən biri irsiyyət faktorudur. Ailəsində qəfil ölüm olan, ciddi piylənməsi, hipertoniya - qan təzyiqi və şəkər xəstəliyi olan insanlar, gənc yaşlarda ciddi şəkildə siqaret və digər tütün məmulatlarından istifadə edən insanlar risq qrupundadır: "Bunlar mütləq gənc yaşlarında kardioloqa getməlidir. Bu gün dünyanın hər yerində, bizim respublikamızda da bu hallar olanda, bu xəstələrin çox böyük hissəsi ilk bir saat içində itirilir və biz həkimlər olaraq o xəstələrin həyatını qurtara bilmirik”.

Həkim ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalmasını sosial faktorlarla, ətraf mühit, ekoloji amillər və son illər artan psixo-emosional gərginliklə birbaşa əlaqəli olduğunu qeyd edib. Ürək-qan-damar xəstəliklərinə ürəyin işemiyası, hipertoniya, ateroskleroz, ürək qüsurları və sair daxildir. Bunlardan ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir ki, bu da qəfil ölüm, Miokard infarktı, ürək ritminin pozulması, ürək çatışmazlığı kimi özünü göstərir. Xəstəlik əvvəlcə döş sümüyü arxasında, ürək nahiyəsində ağrılarla özünü biruzə verir. Bəzən başqa əlamətlərlə də üzə çıxır.

"İnfarkt xəstəliyi əslində ürəyin işemik xəstəliyinin təzahürlərindən biridir. Ürəyin işemik xəstəliyi bu gün səhiyyənin, tibbin dünyadakı inkişafına baxmayraq bütün dünyada ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birinci sıradıdar. Bu xəstəliyin əlamətləri müxtəlif cür olur. Bəzi xəstələrdə çox sadə ağrı şəklində olur. Və onu da qeyd edim ki, ürək ağrısı çox vaxt solda, sol döşü üstündə olan ağrı deyil. Klassik, tipik ürək ağrısı ortada sinədə sinə sümüyünün arxasında yandırıcı, sıxıcı tərzində olan ağrıdır”, - deyə həkim vurğulayıb.

Tutma şəklində ağrılar, ağrıların sol qola, sol kürək və boyun nahiyəsinə vurması, eləcə də tərləmə, baş gicəllənməsi kimi hallar da ürək xəstəliklərinin ilk simptomları sayılır. Ürək xəstəliklərində dodaqların ətrafı, göz dibi və barmaqların ucunda bir qədər göyümtüllük olur. Bu da onunla bağlıdır ki, ürək zəif olduqda, həmin hissələrdə qan lazımi qədər oksigenlə təmin olunmur.

Ağır ürək çatışmazlığında isə xəstənin qarın boşluğuna maye toplanır, aşağı ətraflarda isə şişkinlik əmələ gəlir.

Cərrah Kamran Musayev ilkin mərhələdə xəstəliyin qarşısı alınmasa, bunun daha ağır nəticələrə səbəb ola biləcəyini deyir. Çünki infarkt xəstəliyi ürəyin oksigenlə lazımi qədər qidalanmaması nəticəsində yaranır. Tac damarlar 75 faiz daralır və ölüm riski artır. İnfarkta məruz qalan insana təbii ki, təcili tibbi yardım lazımdır. Ancaq həkimlər gələnə qədər ümumi yardım tədbirləri görülə bilər: "Bu gün təcili yardım stansiyaların həkimlərinin hamısı kəskin miokardın infarktına necə müdaxilə olunacağını bilir. Onlarda o müdaxiləni edə biləcək maddi texniki təchizat da var. Əgər infarkt keçirən bir insana siz vaxtında bir aspirin çeynədə bilsəniz, bu, ölümləri 25-30 faiz azaltmağı deməkdir”.

Dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən həyatını itirir. Statistik göstəricilər bu xəstəliklərdən ölənlərin sayının ildən-ilə artdığını və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir. Çalışın ki, sağlamlığınızın, xüsusən də ürəyinizin qeydinə qalın.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300