"Atletiko": "Taleyimiz "Qarabağ”dan asılıdır"

 

Hər iki oyunda "Qarabağ”ı məğlub edə bilmədiyimiz üçün özümüzü tənqid etməliyik.

 

Report xəbər verir ki, bunu İspaniyanın "Atletiko” komandasının futbolçusu Qabi Fernandes Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda "Qarabağ”la 1:1 hesablı heç-heçə haqda danışarkən deyib.

Madrid təmsilçisinin 34 yaşlı kapitanı bildirib ki, artıq "Atletiko”nun ÇL-də 1/8 finala vəsiqə qazanması "Qarabağ”dan asılıdır. O, Ağdam komandasına qalib gəlmək üçün əllərindən gələni etdiklərini söyləyib: "İlk yarıda pis oynadıq. Hədəfimizi bilsək də, vəziyyəti dəyişməyi bacarmadıq. Çox məyusuq. Qalib gəlmək üçün hər şey etdik. Bəxtimiz gətirsəydi bunu bacarardıq. Uğursuzluq zolağındayıq və yalnız ayağa qalxmaq qalır. Fikrimcə, ÇL-də yolumuza davam etmək şansımız çox azdır. Lakin artıq qrupda hər şey öz əlimizdə deyil. Evdə "Roma”ya qalib gəlməliyik və taleyimiz "Qarabağ”dan asılıdır”.

Onun sözlərinə görə, "Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcəyi halda, turnirin qalibi ola bilər: "İndiki dövrdə Avropa Liqası heç nədir. Lakin bu turnir mənə çox şey verib. Orada oynayası olsaq, qalib gələcəyik”.

Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi "Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin "Çelsi” komandasının 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahini isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300