Tramp "Green Card”ı ləğv edəcək

 

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, tezliklə miqrasiya vizası üçün alınan "Green Card” lotoreyasının ləğvi ilə bağlı Konqreslə işə başlanılacaq.


APA-nın xəbərinə görə, bu barədə Associated Press məlumat verib.

"Green Card” lotoreyasını tənqid edən D.Tramp bildirib ki, rəsmi Vaşinqton real xidmətlər əsasında immiqrasiyanın tərəfdarıdır.

"Mən bunu çoxdan etmək istəyirdim. Bu lotereyadan ən qısa müddətdə qurtulmaq lazımdır”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, ötən gün Nyu-Yorkda terror aktı törədən Özbəkistan vətəndaşı Seyfullo Saipov 2010-cu ildə, Dövlət Departamenti tərəfindən keçirilən "Green Card” lotereyasını qazanaraq ABŞ-a köçüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300