İbrahim Şehiç: "Qarabağ” Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq”

 

"Madriddə "Atletiko” ilə heç-heçə etmək bir yana, ümumiyyətlə, hələ də Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyimizə inana bilmirəm. Yuxudan oyanıb, gözlərimi ovuşdururam. Bilmirəm bu reallıqdır, yoxsa yox”.

"Report” xəbər verir ki, bunu sportarena.hr saytına açıqlamasında "Qarabağ”ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının (ÇL) qrup mərhələsində İspaniyada "Atletiko” ilə 1:1 hesablı heç-heçə barədə danışarkən deyib.

Bosniya və Herseqovina millisinin üzvü olan 29 yaşlı qolkiper hesab edir ki, "Roma”nın İtaliyada "Çelsi”ni 3 cavabsız qolla məğlub etdiyini nəzərə alsaq, "Qarabağ”ın "canavarlar”a 1:2 hesabı ilə uduzması faciəvi nəticə sayılmamalıdır. Onun sözlərinə görə, Ağdam təmsilçisi Madriddə "Atletiko” ilə bərabərə qalmaqla dünyanın ən yaxşı komandalarına qarşı oynaya bildiyini göstərib: "Nə qədər irəli gedəcəyimizi bilmirik. Heç kim gözləməsə də, 3 matçı yüksək səviyyədə keçirdik. "Roma”nın "Çelsi” ilə iki qarşılaşmada nələr etdiyini görəndən sonra italiyalılara 1:2 hesablı məğlubiyyətin əla nəticə olduğunu anlayırıq”.

İ.Şehiç "Qarabağ”ın ÇL-dəki hədəfini də açıqlayıb. O deyib ki, Azərbaycan çempionu Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq: "Bütün tanınmış futbolçuları hər gün izləyirik, Antuan Qrizmann və ya Fernando Torresin kim olduğunu bilirik. Onlarda sirr yoxdur.

Lakin hər matçdan əvvəl bütün rəqibləri analiz edirik, ən xırda detallara fikir veririk. Komandamızda iki aparıcı mütəxəssis var: biri bolqar, digəri ispan. Onlar baş məşqçiyə kömək edirlər. Meydana yaxşı kollektiv olduğumuzu dərk edərək çıxdıq. Özümüzü yaxşı tərəfdən göstərmək vacib idi. Artıq özümüzə tam əminik. "Qarabağ” Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, 4 turdan sonra "Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin "Çelsi” komandasının 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300