"Bild”: Almaniya hökuməti 30 min mühacirin yerini bilmir

 

Almaniya hökuməti ölkə ərazisində sığınacaq verilməyən və deportasiya edilməli olan təxminən 30 min xarici ölkə vətəndaşının harada olduğunu bilmir.

TASS xəbər verir ki, bu barədə məlumat noyabrın 2-də "Bild” qəzetində dərc olunan məqalədə yer alıb.

Qəzetin məlumatına görə, 2016-cı ilin dekabrına qədər Almaniyada sığınacaq almaq istəyən 54,4 min nəfərin müraciəti rədd edilib, lakin deportasiya üçün növbə gözləyən 23,6 min nəfər burada müxtəlif dövlət ödəmələri almaqda davam edib. O vaxtdan etibarən miqrasiya orqanları qalan 30,8 min nəfərin harada olduğunu bilmir.

Ölkənin Daxili İşlər Nazirliyi bunun bir neçə izahının ola biləcəyini bildirib. Ya bəzi mühacirlər hələ də Almaniya ərazisində gizlənir, ya da deportasiyanı həyata keçirən miqrasiya idarəsi indiyədək müvafiq məlumatları lazımi orqanlara təqdim etməyib.

2015-ci ildə başlayan miqrasiya böhranının əvvəlində Almaniyaya qaçqın statusu almaq ümidi ilə 1,3 milyon nəfərdən çox mühacir daxil olub. Böhranın pik vaxtında (2015-ci ilin sonunadək) ölkəyə 890 min, 2016-cı ildə 350 min, 2017-ci ilin əvvəlindən indiyə qədər isə 100 min xarici ölkə vətəndaşı gəlib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300