Müsavatın piketlə bağlı ikinci müraciətinə cavab verilməyib

 

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 3-də keçirəcəyi piketlə bağlı göndərdiyi təkrar müraciətə cavab verməyib.

"Basta”ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub.

Qeyd edək ki, Müsavat Partiyası BŞİH-in piketlə bağlı cavabını qanunsuz sayaraq, oktyabrın 30-da yenidən paytaxt meriyasına müraciət göndərib.

Müraciətdə qeyd edilir ki, BŞİH piketlə digər kütləvi etiraz aksiyalarını səhv salıb.

"Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı"Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” adlanır. Bizim 26 oktyabr tarixli müraciətimiz isə mitinq, yürüş, nümayiş keçirilməsini yox, Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsini nəzərdə tutur”, – Müsavat Partiyasının bu gün BŞİH-ə göndərdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd edilib ki, ölkə qanunvericiliyənə görə, piketlər inzibati binaların 10 metrliyində keçirilə bilər.

"Sərbəst toplaşmaq azadlığı haqqında”qanunun yığıncaqların, toplantıların keçirilməsinin məhddudlaşdırılmasına dair 9-cu maddəsinin V bəndində qeyd edilir ki, (maddə:9, V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilənobyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.) piketlərin keçirilməsi zamanı inzibati bina ilə radius məhdudiyyəti 10 metrdir”, – Müsavatın müraciətində deyilir.

"Müsavat Partiyasının 3 noyabr tarixində BŞİH-nin qarşısında keçirəcəyi 50 nəfərlik piketi Nazirlər kabinetin 234 saylı qərarına əsasən razılaşdırmaqdan imtina etməyiniz tamamilə qanunsuzdur. Nəzərinizə çatdırırq ki, Müsavat partiyası 26 oktyabr tarixli, BŞİH qarşısında saat 16-00, 16-30 da piket keçirməklə müraciətini qüvvədə sayır və sizi piketin keçirilməsi ilə bağlı üzərinizə düşən vəzifəni qanuna müvafiq şəkildə icra etməyə çağırır ", – müraciətdə deyilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300