Akşənər Türkiyə siyasətini silkələdi –Heyrətamiz nəticə

 

Türklərin 22,7%-i Maral Akşənərin siyasi mövqeyinin doğru olduğunu hesab edir.

Axar.az xəbər verir ki, bu nəticə "Gezici” araşdırma mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 16,8%-i qadın siyasətçinin mövqeyini qismən dəstəklədiyini bildirib. Ümumilikdə 32% şəxs Akşənərin siyasi mövqeyini dəstəkləməyib.

Respondentlərin 23,2%-i Maral Akşənərin qurduğu İYİ Partiyasına səs verə biləcəyini söyləyib. Buna qarşı çıxanlar 51% təşkil edir. Bununla bərabər türklərin 44,6%-i ölkənin yeni partiyaya ehtiyacı olduğunu düşünür. Bu fikrə qarşı çıxanların sayı isə 45,3%-dir.

Şirkət həmçinin İYİ Partiyanın iştirakı olmadan keçirilə biləcək seçki ilə bağlı da insanların fikrini öyrənib. Sorğuya əsasən belə bir seçki olarsa, əhalinin 47,1%-i AKP-yə, 26,8%-i CHP-yə, 13,5%-i MHP-yə, 9,8%-i isə HDP-yə səs verəcəyini söyləyib.

Sorğuda maraqlı məqam İYİ Partiyanın seçkidə iştirakı ilə bağlıdır. İYİ Partiya seçkiyə qatılacağı təqdirdə sorğuda iştirak edənlərin 43,8%-i AKP-yə, 18,5%-i CHP-yə, 8,8%-i MHP-yə, 19,5%-i İYİ Partiyaya, 7%-i HDP-yə səs verəcəyini bildirib.

Respondentlər həmçinin seçki zamanı nəzərdə tutduğu partiyadan əlavə başqa hansı partiyaya səs verə biləcəyini də söyləyib. Bu siyahıda ilk yeri MHP (24%) tutub. Ondan sonrakı yerlərdə isə İYİ Partiyası (18%), CHP (9%), AKP (8,2%), HDP (3,1%) qərarlaşıb.

Türklərin prezident kimi görmək istədiyi şəxslər siyahısında da böyük dəyişiklik olub. Belə ki, bu siyahıda ilk yeri Rəcəb Tayyib Ərdoğan (47,8%) tutub. Sonrakı pillələrdə isə Maral Akşener (38%), Kamal Kılıçdaroğlu (14,9%), Əhməd Türk (9,4%) qərarlaşıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300