Azərbaycanda 2018-ci ildə devalvasiya ola bilər?- AÇIQLAMA

Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov son günlər manatın məzənnəsinin bahalaşmasının səbəblərini açıqlayıb.

V.Əhmədov bildirib ki, bu ilin sonunadək manatın məzənnəsinin aşağı düşməsi gözlənilmir:

"Çünki pul kütləsinə nəzarət mexanizminin həyata keçirilməsi ilə bağlı aparılan siyasət, idxal-ixracda müsbət saldo və digər bu kimi amillər manatın hələ indiki vəziyyətdə qorunub saxlanılacağına əsas verir. Amma baxaq görək ki, neftin qiymətində hansı dəyişikliklər olacaq və ABŞ-ın Federal Ehtiyyatlar Sistemi dolların faizini necə saxlayacaq. Ümid edirəm ki, bu ilin sonunadək manatın məzənnəsi indiki səviyyədə olacaq”.

V.Əhmədov 2018-ci ildə Azərbaycanda növbəti dəfə devalvasiyanın baş verəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

"Mən növbəti devalvasiyanın baş verəcəyinə inanmıram. Burada əsas məsələ büdcənin ilin yekunlarından necə çıxacağı ilə bağlıdır. Baxaq görək, ilin sonunda ümumi daxili məhsulun həcmində nə qədər artım olacaq. Gələn il təqribən 2,5 faiz artım planlaşdırılır. Görək, bu artım nəyin hesabına olacaq. Bilirsiniz, bu il Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədəki pul kütləsinə nəzarət mexanizmi ciddi olduğu üçün manatın məzənnəsində enmə baş vermədi. Hər yerə pul xərclənmədi, idxal-ixraca ciddi nəzarət olundu, lazım olmayan mallar Azərbaycana idxal olunmadı, ixrac idxalı üstələdi, müsbət saldo yarandı və sairə. Hesab edirəm ki, bütün bunlar çox doğru addım idi. Əgər gələcəkdə də bunlara nəzarət müsbət olarsa, manatın məzənnəsi daha da möhkəmlənər. Amma bir məsələ də var ki, iqtisadiyyatın inkişafı üçün mütləq vəsait lazımdır”.
Deputat deyib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının inkşaf etdirilməsi üçün dövlət büdcəsindən 5 milyarda yaxın vəsait ayrılması nəzərdə tutulur:

"Təbii ki, bu qədər vəsaiti bazara buraxanda müəyyən dəyişikliyə səbəb olacaq. Amma mən hesab edirəm ki, biz bunu qoruyub saxlayacağıq”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov üzən məzənə rejiminin davamlı rejim olduğunu bildirərək, ilin sonuna kimi manatın bahalaşacağını bildirib. (ölkə.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300