Saxlanılan piketçi müsavatçılar 9-cu bölməyə aparıldı

 

"Basta” ya daxil olan məlumata görə saxlanılan müsavatçılar Bakı Şəhəri Səbaıl Rayonu Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

***

Xəbər verdiyimiz kimi bu gün Müsavat Partiyası BŞİH-nın qarşısında piket keçirir.

"Basta” ya daxil olan məlumata görə polis 9 nəfər müsavatçını saxlayıb. Dinc formada etiraz edən müsavatçı piketçilər polis maşınlarında naməlum istiqamətdə aparılır.

Saxlanılan müsavatçılar

Səxavət Soltanlı

Müstafa Hacıbəyli

Əbülfəz Sadıqbəyli

Zeynal Zeynallı

Vidadi Zamanov

Elman Fəttah

Əziz Məmiyev

Rəhim Yaqublu

Tofiq Yaqublu

Müsavat Partiyasının 3 noyabr 2017-ci il tarixdə(bu gün) Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiridiyi piket çevik polis alayının vasitəsiylə dağıdılıb. Buna baxmayaraq müsavatçılar "Azadlıq!” şüarları səsləndirib və piketin qətnaməsəni oxuya biliblər.

 

Müsavat Partiyasının 3 noyabr 2017-ci il tarixdə

Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiridiyi piketin

 

Q Ə T N A M Ə S İ

 

Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinə əsasənhər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasənhər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarınıqabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

"Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əsasənbu Qanunda istifadə edilən "toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.

 

Lakin sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran Əliyev hakimiyyəti Azərbaycanda küçə yürüşlərinin, nümayişlərin, piketlərin keçirilməsinə qeyri-rəsmi qadağa qoyub.

Biz, Müsavat Partiyasının 3 noyabr 2017-ci il tarixdə Bakı şəgər İcra Hakimiyyətinin binası ünündə keçirilən piketin iştirakçıları bu qadağanın dərhal aradan qaldırılmasını, Azərbaycanda nümayişlərin, küçə yürüşlərinin, piketlərin, eləcə də "Məhsul” stadionundan kənarda da mitinqlərin keçirilməsi hüququnun təmin olunmasını tələb edirik.

03 noyabr 2017

Bakı şəhəri

 

Qeyd edək ki, Müsavat Partiyası BŞİH-in piketlə bağlı cavabını qanunsuz sayaraq, oktyabrın 30-da yenidən paytaxt meriyasına müraciət göndərib.

Müraciətdə qeyd edilir ki, BŞİH piketlə digər kütləvi etiraz aksiyalarını səhv salıb.

"Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı"Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” adlanır. Bizim 26 oktyabr tarixli müraciətimiz isə mitinq, yürüş, nümayiş keçirilməsini yox, Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsini nəzərdə tutur”, – Müsavat Partiyasının bu gün BŞİH-ə göndərdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd edilib ki, ölkə qanunvericiliyənə görə, piketlər inzibati binaların 10 metrliyində keçirilə bilər.

"Sərbəst toplaşmaq azadlığı haqqında”qanunun yığıncaqların, toplantıların keçirilməsinin məhddudlaşdırılmasına dair 9-cu maddəsinin V bəndində qeyd edilir ki, (maddə:9, V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilənobyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.) piketlərin keçirilməsi zamanı inzibati bina ilə radius məhdudiyyəti 10 metrdir”, – Müsavatın müraciətində deyilir.

"Müsavat Partiyasının 3 noyabr tarixində BŞİH-nin qarşısında keçirəcəyi 50 nəfərlik piketi Nazirlər kabinetin 234 saylı qərarına əsasən razılaşdırmaqdan imtina etməyiniz tamamilə qanunsuzdur. Nəzərinizə çatdırırq ki, Müsavat partiyası 26 oktyabr tarixli, BŞİH qarşısında saat 16-00, 16-30 da piket keçirməklə müraciətini qüvvədə sayır və sizi piketin keçirilməsi ilə bağlı üzərinizə düşən vəzifəni qanuna müvafiq şəkildə icra etməyə çağırır ", – müraciətdə deyilir.

 

Bastainfo.com

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300