Mitinqdə Usubova qarşı plakat qaldıran müsavatçıya 20 sutka həbs cəzası verildi

 

Vəkil Asabəli Mustafayev Milli Şuranın 28 oktyabr mitinqinə qatıldğı üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu ilə görüşüb.

Vəkil həbsin qanunsuz olduğunu, məhkəmənin hökmündən apelyasiya şikayəti verdiyini bildirib.

Qeyd edək ki, Əziz Şahinoğlumitinqdə "Ramil Usubov, qardaşın qisasını qardaşdan almağı durdur” şüarı yazılmış plakat qaldırıb. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaydığı məlumata görə, mitinqin gedişində mülki geyimli polis Əziz Şahinoğluna yaxınlaşaraq, zorla onun əlindən plakatı alıb əzib və mitinqçini özü ilə aparıb”.

Əziz Şahinoğluna Suraxanı rayon məhkəməsinin qərarı ilə polisə müqavimət adı ilə 20sutka inzibatı həbs cəzası verilib.

"Əcaib vəziyyətdir. Razılaşdırılmış dinc mitinqə hücum çək, fikrini etik və qanun çərçivəsində yazılı plakatda bildirən vətəndaşın əlindən plakatını al cır. Sonra da onu polisə müqavimət adı ilə həbs elə. Bu addım həyasızlığın və abırsızlığın pik həddidir…”, – Oqtay Gülalıyev bildirib.

 

shahino]lu
(bastainfo.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300