Krossvord qəzetlərinə maraq qalmayıb - səbəb

 

Birzamanlar populyarlıq qazanan bu nəşrlər indi köşklərdə
saralıb...

 

90-cı illərdə, 2000-ci illərin əvvələrində parklarda, avtobusda, ofislərdə, müştəri gözləyən taksi sürücülərinin əlində bir qəzet krossvord qəzeti görərdik. Hətta buna günlərini belə sərf edənlər vardı. Yüz minlərlə tirajla, müxtəlif adlarla çıxan bu krossvord qəzetləri köşklərə gələn kimi satılır və hər gün çıxırdı. Hətta axşama yaxın bu qəzetlər tapılmırdı. Ən ciddi siyasi qəzetlər belə oxucu cəlb etmək üçün qəzetin bir səhifəsini krossvorda ayırırdı ki, insanlar bu qəzetləri də alsınlar, siyasi-ictimai proseslərdən xəbərdar olsunlar. İndi isə krossvord qəzetlərinin tirajları, sayı azalıb, bu qəzetlər günlərlə, bəzən isə aylarla köşklərdə qalır. Onları alanlar demək olar ki, yox dərəcəsindədir.

İlk krossvord 1913-cü ilin 21 dekabrında "Uordl” qəzetinin bazar günü sayında Nyu-York sakini Artur Vinn tərəfindən tərtib edilərək, çap olunub. Bu tarix rəsmi olaraq ilk krossvordun yaradılması tarixi hesab edilir və Ginnesin Rekordlar kitabına daxil edilib. Rusiyada isə ilk krossvord 1925-ci ilin 2 dekabrında Leninqradda "Rezets” adlı ədəbi jurnalın 48-ci nömrəsində dərc olunmuşdu. 2013-cü ildə isə artıq müxtəlif çətinlikdə krossvordlar dərc edən 400-dən çox ixtisaslaşmış nəşriyyat qeydə alınıb. Zaman keçdikcə krossvordlar internetə köçürülüb, burada yeni həyat qazandılar. Klassik krossvorddan savayı 24 müxtəlif növ elektron krossvordlar mövcuddur. İlk yapon krossvordu 1987-ci ildə yaranıb. Heroqliflər adi sözlər kimi kəsişə bilmədikləri üçün yapon krossvordları ağ-qara və yaxud rəngli şəkillərdən ibarətdir. Belçika şəhəri Brüggedən olan Roje Boukart krossvord tərtibatçıları arasında ilk yeri tutur. O, öz 65 illiyində Ginnes Rekorlar kitabı üçün uzunluğu 31 metr, eni isə 53 santimetr olan və 50 min 400 sözdən ibarət olan ən böyük krossvord təltif etmişdi. Bu krossvordun sualları 3 min 724 səhifə tuturdu.

Hazırda Azərbaycanda neçə krossvord qəzetinin olduğunu, qiymətini və alıcılarının kimlər olduğunu öyrənmək üçün bir neçə qəzet köşkünə baş çəkdik. Qəzet köşklərində "Xəzinə”, "Kometa”, "Star, ”Əks-səda", "Elita” adlı krossvord qəzetlərinə rast gəldik. Bunların qiyməti isə 50 qəpikdir. Bu qəzetlərdən bəzilərinin bütün səhifələri sırf krossvorda həsr edilib, elə qəzetlərdə var ki, səhifələrində krossvordla yanaşı lətifələrdə yer alır.

Qəzet satıcısı Ramil Əliyev deyir ki, indi krossvord alanların sayı olduqca azdır:"Mən 20 ilə yaxındır ki, qəzet satışı ilə məşğul olmuşam. Əvvəl səyyar satıcı idim. 2000-ci illərdə krossvordlar çox satılırdı. İndi heç üzünə baxan da yoxdur. Əvvəllər bu qəzetlər çox populyar idi. Yaşından, vəzifəsindən asılı olmayaraq hamı alırdı. İndi günlərlə, həftələrlə köşkün vitrinində qalır”.

Digər qəzet satıcısı isə krossvord alıcılarının daha çox yaşlı insanlar olduğunu dedi:"Daha çox qocalar krossvord alır. Hərdən bir də burada yolun kənarında dayanan taksi sürücüləri alır”.

Söhbətin bu məqamında əlində lotereya bileti olan bir yaşlı kişi gəlib krossvord qəzeti istədi. Alxan Məmmədov adlı alıcı deyir ki, bekarçılıqdan krossvord işləyir:"Bekar olanda krossvord həll edirəm. Bunu cavan vaxtlarımda da edirdim. İndiki cavanlar ancaq kompüter, müxtəlif oyunlar oynamaqla məşğuldur. Biz yaşlıların isə yeni texnologiyalardan başı çıxmır. Ona görə də başımızı belə şeylərlə, krossvord işləməklə, nərd oynamaqla qatırıq”.

Tədqiqatçıların fikrinə görə, krossvord həll etmək insanın zehnini, dünyagörüşünü, yaddaşını inkişaf etdirir. Amerikanın Viskonsin-Medison Universitetinin alimləri yuxu mexanizmi üzərində apardıqları tədqiqatlar nəticəsində krossvord həll etməyin insan yuxusunu xeyli yaxşılaşdırdığı və uzadıldığı qənaətinə gəliblər. Britaniya alimləri isə krossvord həll etməyin insanı arıqlatdığını sübut edib. Tədqiqat müəllifləri bunu artıq çəki problemi olan şəxslərə xoş xəbər kimi təqdim ediblər. Onların bildirdiyinə görə, arıqlamaq istəyən şəxsin fiziki işə həvəsi yoxdursa, o, özünü zehni əməyə verməlidir. Alimlərin məlumatına görə, 1 dəqiqə ərzində baş beyin 0, 1 kalori yandırır, zehni əmək zamanı isə bu rəqəm 1, 5 kaloriyə qədər artır.

Günel MANAFLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300