Poroşenko və Tillerson Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər

Ukrayna prezidenti Petr Poroşenko və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti administrasiyasının saytı bildirir.

"Tərəflər Nyu-Yorkda Ukrayna və ABŞ prezidentləri arasında görüş zamanı əldə edilmiş razılaşmaların icrasının gedişindən məmnunluqlarını bildirib", - deyə xəbərdə qeyd edilir.

Həmçinin Poroşenko Rusiya ilə əlaqədar Ukraynaya verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib. Ukrayna prezidenti və ABŞ-ın dövlət katibi Donetsk hövzəsində BMT-nin beynəlxalq missiyasının genişlənildirilməsi məsələsinə də toxunublar.

"Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların əhəmiyyətini və bunda ABŞ-ın lider yanaşmalarını qeyd edib. Qeyd edib ki, yalnız belə yolla təcavüzkarı beynəlxalq hüququn, müstəqilliyə hörmətin və dövlətlərin ərazi bütövlüyü yoluna qayıtmağa məcbur etmək olar", - deyə xəbərdə bildirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300