Artur Agacanov özünün də, Qarabağdakı əksər ermənilərin də erməniləşdirilmiş alban olduğunu iddia edir...

"Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”.

Moderator.az-ın rus versiyasının yazdığına görə, bunu "CBC” telekanalına müsahibəsində "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın həmsədri və İdarə Heyətinin üzvü olan erməni tarixçi və tədqiqatçısı Artur Ağacanov bildirib. O, hesab edir ki, tərəflər Dağlıq Qarabağın statusu məsələsini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməlidirlər.

"Heç kəs sərhədləri yenidən dəyişdirməyib - Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Və bizim yerimizə heç kim qərar verməyəcək. Biz bunu özümüz həll etməliyik. Siyasətçilər Dağlıq Qarabağın Azərbaycan daxilində statusuna dair razılığa gəlməlidirlər. Qoy bir müddət aralıq status olsun, birlikdə yaşayaq. Sonra da işğal edilmiş bölgələr Azərbaycana tədricən, mərhələli şəkildə qaytarılsın”- deyə erməni tədqiqatçı vurğulayıb.

Xatırlaqdaq ki Artur Ağacanov Bakıda doğulub və əslən Qarabağdandır. Hələ 2016-cı ilin mayında "Odnoklassniki” sosial şəbəkəsində onun Qarabağ ətrafında vəziyyət, Azərbaycanda Alban kilsəsinin bərpasına dair müraciəti yayılmışdı. O zaman "İnterfax-Azərbaycan” agentliyi A.Ağacanovla əlaqə saxlamış və məlum olmuşdu ki, Bakı ermənisi, hazırda Ukraynada yaşayan Ağacanov artıq uzun illərdir erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmağa çalışır. Əksər Qarabağ xristianları kimi, A.Ağacanov da özünü zorla "erməniləşdirilmiş” şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan (hay) xalqına heç bir aidiyyatı yoxdur. O, Alban kilsəsinin xalqlarının zəngin irsini mənimsəmiş, qaykan xalqının Qarabağa gəlmə olduğunu sübuta yetirəcək hər şeyi məhv etmiş olan Eçmiadzin kilsəsinin və erməni millətçilərinin ifşası üçün əlindən gələni etməyə hazırdır.

Məlumat görə, A.Ağacanov Qarabağı açıq şəkildə Azərbaycan torpağı adlandırır, erməni separatçılarını ifşa edir və əmindir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın tərkibindədir.
A.Ağacanov sözügedən müraciətində onun kimi düşünən Qarabağ ermənilərini öz ətrafında birləşdirməyə hazır olduğunu və onları öz bəyanatına dəstək verməyə çağırmışdı.

P.S. Artur Ağacanovun və ümumiyyətlə, "Sülh platforması”nın digər üzvlərinin nə dərəcədə səmimi olduqlarını, hansısa super dövlətin və ya gücün növbəti oyununu icra edib-etməmələrini söyləmək çətindir. Digər tərəfdən, erməni tədqiqatçının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarını birdəfəlik deyil, mərhələli(!) şəkildə qaytarmasını təklif etməsi də şübhəlidir...


Sultan Laçın, moderator.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300