"Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qətnamə layihəsi də AŞPA -ya təqdim edilib”. 


APA-nın məlumatına görə, bunu AVCİYA prezidenti, millət vəkili, Azərbaycanın AŞPA -dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O bildirib ki, yanvarın 26-da AŞPA -nın qış sessiyasında erməni işğalından bəhs edən 3 qətnamə layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq: "Mətbuatda həmişə iki qətnamə layihəsi yazılır, əslində isə üçdür. Birinci qətnamə Robert Volterin hazırladığı "Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə zorakılığın artması”, ikincisi Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı məruzəsidir. Lakin bu məruzələrə əlavə olunan digər qətnamə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlıdır. Hər üç qətnamə səsverməyə qoyulacaq”.
 

 

E. Süleymanov qeyd edib ki, səsvermə ərəfəsində dünya gücləri tərəfindən din xadimləri və dövlət başçıları səviyyəsində ermənilərə yardım edilir: "Hətta iş o yerə gəlib çıxıb ki, ermənilər dövlət səviyyəsində hər bir ölkənin tanınmış şəxslərindən xahiş edir və deputatlara təzyiq edirlər ki, bu qətnaməyə səs verməsinlər. Ermənistan rəhbərliyi bu qətnamədən olduqca narahat olub. Lakin biz haqqın və ədalətin qələbə çalacağına ümid edirik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300