İspaniya nəşri: Ermənistan təcrid olunub

 

İspaniyanın "La Vanguardia” nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalənin müəllifi Jordi Banyos Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırır. O hesab edir ki, bu dəmir yolu regionu Avropa ilə Asiya arasında vacib tranzit məntəqəsinə çevirir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın və Türkiyənin qətiyyəti sayəsində artıq bu dəmir yolu hazırdır. Ermənistan isə Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığına görə təcrid olunub.

Türkiyə və Azərbaycan liderlərini tərcüməçiyə ehtiyac duymayan dostlar adlandıran müəllif Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı strateji əməkdaşlığın NATO, xüsusilə ABŞ və Böyük Britaniyanın da maraqlarını əks etdirdiyini vurğulayır.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300