Sərxoş oğlu polisi vuran "Nurgun Motors” şefinin biznes imperiyası- Araşdırma

 

Prezident bir neçə dəfə məmur və varlı adamların uşaqlarına xəbərdarlıq edib. Bu mesajlardan nəticə çıxarmayanlar da olub

14 yaşlı oğlu "Porşe” ilə iki uşaq anasını vurub öldürən də, "Qalendvagen”lə iki nəfəri öldürən Baş nazirim müavini Əli Həsənovun nəvəsi də belələrindən idi.

Lakin görünür ki, məmur balaları qudurğan hərəkətlərə görə cəzalandırılsalar da, dərs götürmürlər.

Palitika.Az-ın araşdırma qrupu yazır ki,onlardan növbəti biri "Nurgun Motors” şirkətinin rəhbəri Nuru Əliyevin oğlu Nurxan oldu.

O, yol polis əməkdaşına tabe olmaq yerinə onu yumruqla vurur, paqonunu cırır, sərxoş vəziyyətdə avtomobil idarə edir, sənədləri yoxdur və bircə ona bəraət qazandıracaq nüans tapmaq olmur.

Bu nə tərbiyədir? Hardandır belə arxayınlıq? İçkili halda törədiləcək qəzanın məsuliyyətini kim daşıyacaq?

Əlbəttə, çox söz demək olar və N.Əliyevin övladına verdiyi tərbiyə, yaratdığı şəraitin nəticəsidir. Yəni, Nurxandan öncə atası qınanmalıdır, tənqid olunmalıdır.

Hadisənin arayışı belədir: Rəşid Behbudov küçəsində "90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.

YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə "saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci "saxla!” əmrindən sonra avtomobili dayandırıb.

Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib.

Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məlum olub ki, avtomobil "Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur.

Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb.

Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.

Palitika.Az-ın araşdırma qrupu yazır ki,yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olduğu bildirilir.

Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən şirkətin əsasını qoyur.

Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradır. N.Əliyev "Hafka” ləqəbli iş adamı ilə də quda olmuşdu, sonra gənclər boşandılar.

Onun sahibi olduğu və digər oğlunun adını daşıdığı "Rəvan" klubunun isə adı rəsmən futbol qumarında ən çox hallanan klub kimi elan olunaraq, çempionatdan qovuldu. Bu da portretdə növbəti cizgi.

İndi isə bu holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirək:

"Nurgün Motors"
- Nissan Azərbaycan
- Infiniti Azərbaycan
- Ford Azərbaycan
- Renault Azərbaycan
- Maşın bazarı - Çoxsaylı avtomobil salonları və servis mərkəzləri

2.Rəvan Sığorta - 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları:"Double İnsurance Company” və "Star Alyans Sığorta”.
2007-ci ildə bütün səhmləri "Nurgün" şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib.
2009-cu ildən "Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.

3. NBC Bank ASC

17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı "Ruzu" Bank. 2002-ci ildən adını dəyişərək "NBCBank" olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi.
Yazımızın qəhrəmanı, sirli Nuru Əliyev 2016-cı ildə "NBC Bank"ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.

4. Nurgün İnşaat - 1994-cü ildən fəaliyyət göstərən "Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.
Bu illər ərzində bir sıra irimiqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.

5. "Bello” Yuyucu Vasitələr Fabriki - "Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur:
"Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.

6. Salyan süd zavodu - Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda "Bəyaz süd" adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.

7. Nurgün Trading - Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.

8. Kaspian Transport - 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.

9. "Kontinental" mağazalar şəbəkəsi

10. "Ailə" supermarketlər şəbəkəsi

11. NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.   //Palitika.Az

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300