İtaliya mətbuatı "Qarabağ” klubundan yazdı -"Heç vaxt "heç vaxt” deməyək”

 

"Qarabağ”ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub.

Apasport xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan "Atletiko” və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.

Yazıda "Atletiko” və "Qarabağ” arasında Avropa Liqasına getmək uğrunda mübarizəyə yer verilib: "Atletiko” yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi "Vanda Metropolitano”da "Çelsi”yə məğlub olub. Bura "Atletiko”nun "Qarabağ”la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdı. Halbuki, "Atletiko” 2016-cı ildə Çempionlar Liqasında birinci olmaq üçün "Real”la mübarizə aparırdı. İndi isə komanda Avropa Liqasına getməyə daha yaxındı. Amma bunun üçün öz meydanında "Roma”ya qalib gəlməlidi. Eyni zamanda, "Çelsi” ilə qarşılaşacaq "Qarabağ”ın məğlubiyyətini gözləməlidi. "Qarabağ” son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt "heç vaxt” deməyək”.

Qeyd edək ki, qrupda V turun oyunları noyabrın 22-də keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300