Seymur Namazov: Siyasi baxışlarıma görə 17 il işlədiyim teatrdan uzaqlaşdırıldım

 

Musiqili Teatrın artisti piketdə iştirak etdikdən sonra işdən azad edilib


Müsavat Partiyasının noyabrın 3-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi piketdə iştirak edən Seymur Namazov Dövlət Musiqili Teatrından işdən çıxarılıb.

Amerikaninsesi.org-un məlumatına görə, Seymur Namazov Müsavat Partiyası Abşeron rayon təşkilatının fəalıdır.

Namazov Amerikanın Səsinə müsahibəsində bildirib ki, 17 il Musiqili Teatrda balet artisti işləyib.

"Noyabrın 4-də mənə piketdə çəkilən şəkillərimi göstərdilər və rəhbərliyin mənimlə işləmək istəmədiyini dedilər. Halbuki, həmin gün tamaşam var idi”, o qeyd edib.

Namazov az əmək haqqı alsa da teatrın onun ikinci evi olduğunu deyib.

"Mənim işdən azad edilməyim birbaşa siyasi baxışlarımla bağlıdır. Siyasi baxışlarıma görə, bir piketdə iştirakıma görə, bir fotoya görə 17 il çalışdığım teatrdan işdən çıxarıldım”.

Seymur Namazov "Əmək Məcəlləsi”nin hansı bəndi ilə işdən azad edilməsi barədə ona sənəd təqdim edilmədiyini bildirib.

"Mən əmək intizamını pozmamışam, teatrın fəaliyyətinə mane olmamışam, vaxtında işə getmişəm, tamaşalarda iştirak etmişəm”.

Namazov həmçinin siyasi baxışlarından imtina etməyəcəyini deyib.

Seynur Namazov

"Mən Müsavat Partiyasının üzvüyəm və düz yoldayam. Siyasi baxışlarımdan imtina etmək fikrində deyiləm”, fəal qeyd edib.


O Müsavat rəhbərliyi ilə məsləhtləşmə apardıqdan sonra hüquqlarının müdafiəsi üçün qanunvericilik çərçivəsində mübarizə aparacağını bildirib.

Öz növbəsində Azərbaycan Dövlət Musiqili Teatrından balet artistinin işdən azad edilməsinin səbəbləri ilə bağlı sualımıza cavab almaq mümkün olmayıb.

Seymur Namazov

Xatırladaq ki, son günlər Milli Şuranın mitinqində iştirak etdiyinə görə Azərbaycan Dövlət Milli Akademik teatrının üç aktyoru da vəzifəsindən azad edilib.

Bir neçə gün öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aktyorların mitinqdə iştirakı ilə bağlı açıqlama verib.

"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, nazir qeyd edib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300