"Neymar üçün çox darıxırıq" - Suares

 

"Neymar üçün çox darıxırıq. Daha çox ona görə ki, Neymar xüsusi keyfiyyətlərə malik idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Luis Suares deyib.

Uruqvaylı hücumçu sport.es-ə açıqlamasında PSJ-yə transfer olunan sabiq komanda yoldaşının müsbət keyfiyyətlərindən danışıb:

"O, şən idi. Üzündən xoşbəxtlik və sevinc yağırdı. Bizim üçün vacib futbolçulardan sayılırdı. İndi başqa komandada oynayır. Ancaq biz ona bu qərarına görə qəzəbli deyilik. Neymara "Barsa"da qalmalı olduğunu inandırmağa çalışdıq, ancaq heç vaxt PSJ-yə getmə demədik".

Qeyd edək ki, İspaniya mətbuatı bu yay 222 milyon avroya PSJ-yə transfer olunan Neymarın "Barselona"dan ayrıldığı üçün peşman olduğunu yazıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300