Fransa parlamentinin Aşağı Palatası Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib.

"Report” xəbər verir ki, bunu "France Pressə” məlumatlı mənbə bildirib.

Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasının qurbanlarından birinin fotosunu öz "Twitter” səhifəsində paylaşması göstərilib. Ondan əvvəl həmin şəkli terrorçu qruplaşma öz səhifəsində paylaşıbmış.

Marin Le Pen 2015-ci ildə İŞİD tərəfindən həyata keçirilən edam prosesində çəkilən şəkilləri öz "Twitter” səhfəsində paylaşıb. Onlardan biri ABŞ vətəndaşı olan jurnalist Ceyms Foulinin başının terrorçular tərəfindən kəsilməsini əks etdirən foto olub.

Qeyd edək ki, bu ilin martında isə Avropa Parlamenti Marin Le Penin deputat toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

Xatırladaq ki, Marin Le Pen sonuncu prezident seçkisində Fransanın indiki prezidenti İmmanuel Makronun əsas rəqibi olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300