Marketlərdə təhlükəli "kitayski” sarımsaqlar satılır -Xlorlu suda saxlanılır...

 

Azərbaycan bazarlarında geni modifikasiya olunmuş təhlükəli sarımsaqlar satılır.

 

BakuPost.az-a daxil olan məlumata görə, sözügedən sarımsaqlar Çindən idxal olunur. Yerli sarımsağa nisbətən daha ucuz olan və gec xarab olan "Kitay sarımsağı” ilk baxışdan ölçüsü, təmizliyi, dişlərinin iriliyi, heç bir qüsurunun olmaması ilə diqqət çəkir. Sirr deyil ki, Çin çoxdandır, tələbat duyulan ərzaq məhsullarını və ədviyyatları plantasiyalarda genetik dəyişikliyə uğradılaraq və tərkibi dəyişdirilərək yetişdirib, dünya bazarına ucuz qiymətə çıxarır.

 

Xarici KİV-də yazılıb ki, Çin sarımsaqlarında ağır metallar, toksiki birləşmələr, sağlamlıq üçün zərərli olan komponentlər var. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu sarımsağın idxalı qadağan olunub.


 

 

 

Yazılanlara görə, ən dəhşətlisi odur ki, uzaq ölkələrə çatdırılma zamanı saxlanma müddətini uzatmaq və məhsulun görünüşünü qorumaq üçün Çində sarımsağı xlor məhlulunda isladırlar. Ona görə satışdakı sarımsağın qabığı elə təmiz, parıltılı və idealdır. Çin sarımsağının tərkibində əsl sarımsaqda olan efir yağları, faydalı maddələr də demək olar yoxdur. Bu ərzaq sadəcə görünüşünə və qoxusuna görə sarımsaqdır.

 

 

 

 bleached-garlic

Yerli və xarici sarımsağı necə fərqləndirməli?

 

Əvvəla Çindən gətirilən sarımsaqların qiyməti 5 manat civarında dəyişir. Yerli sarımsaq isə daha bahadır.

 

Yerli sarımsağın qoxusu Kitay məhsulu ilə müqayisədə daha kəskindir və daha acıdır.

 

Çin sarımsağının baş – torpaqda olan hissəsi yerli sarımsaqdan fərqli olaraq hamar, sanki plastmas kimidir, onun üzərində heç bir zoğ, cücərti, kök izi yoxdur. Belə sarımsaq istər çiy halda, istər yeməklərdə, istər sağlamlıq məqsədilə heç bir effekt vermir, əksinə orqanizmə zərərli toksinlər keçirir.

 

Mütəxəssislər əhaliyə rayonlardan, bazarlarda yerli sarımsaq almağı məsləhət görür.


 

 

 

Azad İstahlakçılar Birliyinin sədri Eyyub Hüseynov BakuPost.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı bir müddətdir araşdırma aparır. Ekspertin sözlərinə görə, rəsmi orqanlarla həm zəncəfil, həm də sarımsaq barədə danışıqlar aparılır:"Azərbaycanda satışda olan Çin istehsalı zəncəfil və sarımsaq dövlət orqanları tərəfindən ciddi araşdırılmalı, müvafiq ekspertizadan keçirilməlidir. Elə dünən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə bu barədə müzakirələr oldu. Danışıqlar zamanı bizim torpaqda zəncəfil yetişridilə bilərmi, bilərsə niyə yetişdirilmir və kimi suallar ətrafında söhbət etdik. Bizim milli zəncəfilimizi yetişdirmək vaxtı yetişib. Satışda olan zəncəfilin ciddi ekspertizası olmalıdır ki, görək onun tərkibi nə dərəcədə yaxşıdır. Zəncəfil çox xeyirli ərzaqdır, onu almayın deyə bilmərəm.

Картинки по запросу eyyub hüseynov

 

 

 

Lakin marketlərdə olan Çin sarımsağı boykot olunmalıdır. Birmənalı olaraq əhaliyə demək istərdim ki, bu sarımsağı almasınlar. Çünki bu, geni dəyişilmiş və zərərli tərkibdə ola bilər. Bizdə sarımsaq yetişdüyü üçün öz sarımsaq istehsalımızı artırmalıyıq. Torpaqda əkilib, təbii yetişdirilmiş milli sarımsaq alın.

 

Çindən gələn sarımsağın ölkəyə gətirilməsi də qadağan olunmalıdır.

 

Ümumilikdə isə, zəncəfil və sarımsaq məsələsi dövlət orqanları tərəfindən ciddi nəzarətə götürülməlidir”.

 

Aygün, bakupost.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300