İstənməyən düşüncələrdən necə qurtulmaq olar? -Elmi tədqiqat

 

Özünüz istəmədiyiniz, sizi pis əhvalda saxlayan hər hansı bir düşüncə beyninizdə varmı? Alimlər bunu dayandırmaq üçün bir yol tapmış ola bilərlər. Beyinin yaddaş hissəsindəki bir kimyəvi maddənin, düşüncəyə nəzarət mexanizmində açar rolu oynadığı məlum olub. Bu kəşf bəzi insanların israrçı və faydası olmayan düşüncələri fikirləşməsinin səbəbini aydınlaşdıra bilər.

İstənməyən düşüncələrdən qurtula bilməmək kimi təlaş hissi, travma sonrası stress pozğunluğu (TSSP), depressiya və şizofreniya kimi bəzi xəstəliklərin ümumi simptomudur.

Düşüncələrə nəzarət edəbilmək insan sağlamlığı və yaxşı əhval-ruhiyyədə olmaq üçün vacibdir.


"Bu qabiliyyət çökəndə, psixiatrik xəstəliklərin ən zəifləyən əlamətləri ortaya çıxmağa başlayır - çağırılmamış fikirlər, xatirələr, halüsinasiyalar, patoloji və daimi narahatlıqlar ...", -deyə Kembric Universitetinin professoru Maykl Anderson bildirib.

Araşdırmada tədqiqatın iştirakçılarına şəffaf/hamam böcəyi, yosun/şimal kimi bir-biri ilə əlaqəsi olmayan amma cüt olan bu kəlmələri əzbər etmək tapşırılıb. Daha sonra iştirakçılara yaşıl və ya qırmızı siqnallar verilib. Yaşıl işıqda həmin cüt kəlimədən birini xatırlamaları, qırmızıda isə bunu etməməyi tapşırılıb.

Beləliklə araşdırma aparılarkən iştirakçıların beyinlərində qan axını və kimyəvi dəyişikliklər funksional maqnnit rezonans görüntüləmə (fMRG) tərəfindən təqib edilib.

Tədqiqatçılar bu prosesdə GABA (gamma-aminobütirik turşusu) adlanan siniri hərəkətə gətirən (neyrotransmiter) kimyəvi maddənin açar rolunu oynadığını bildirib.

GABA beyindəki əsas "profilaktik" neyrotransmiterdir. Bir sinir hüceyrəsi tərəfindən sıxıldıqda, ona bağlantılı digər hüceyrələri də aktiv olmağa qoymur.

Tədqiqatçılar, beyinlərinin hipokampal bölgəsində daha çox GABA maddəsi olan iştirakçıların istənməyən fikir və xatirələrin qarşısını almaqda daha uğurlu olduğunu təsbit edib.

Professor Anderson daha əvvəl sadəcə beynin hansı hissəsinin bu müddətdə aktiv olduğunu bildiklərini; son araşdırma ilə bu müddətdə rol oynayan ana siniri idarəedicini tapmağın böyük bir adım olduğunu söyləyib. Bu kəşf şizofreniyadan post-travmatik stress pozuqluğuna qədər, düşüncələrə nazarət etmə bacarığının olmamasından qaynaqlanan bir çox xəstəliyin müalicəsinə səbəb olacaq.//aznews.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300