Əzələ ağrısı ilə fibromialgiya bir-birindən nə ilə fərqlənir?

 

Hər 10 qadından 8-i bu xəstəlikdən əziyyət çəksə də, çox az adam onun haqqında məlumatlıdır. Həmin xəstəlik, yəni fibromialgiya xüsusi ilə kürək, boyun, bazu və bud nahiyəsində yayılmış sümük-oynaq ağrısı, yorğunluq ilə büruzə verən xəstəlikdir. Fibromialgiyanı bəzən fiziki məşğələlərdən sonra yaranan əzələ ağrıları və yorğunluqla dəyişik salmaq olar. Amma ağrılar şiddətlidirsə, xroniki xarakter daşıyırsa, bir sıra təhlükəli simptomlar da müşahidə edirsinizsə, deməli fibromialgiyadan şübhələnməlisiniz!Fibromialgiyanı serotonin hormonlarının çatışmazlığı və yuxu pozulması ilə bağlasalar da, son nəticə bundan ibarətdir ki, xəstəliyin səbəbləri məlum deyil, onun öyrənilməsi hələ də davam edir.

Bu sindrom zamanı fibroz toxumada, əzələlərdə və s. yerlərdə xroniki ağrılar olur. Ümumiyətlə, bədənin 18 həssas nöqtəsində ağrılardan şikayət edən həmin xəstələr, həm də kimyəvi maddələrə qarşı həssas olurlar.

Onu da qeyd etmək lazımdır ki, həmin sindromdan əziyyət çəkən xəstələrin çoxu yorğunluqdan və depressiyadan şikayətlənir. İnsanda kimyəvi maddələrə qarşı həssaslıq, müxtəlif ağrılar, bağırsaq problemləri, yorğunluq, yuxu pozğunluqları, depressiya halları və çənəarası oynaq problemləri varsa, bu, fibromialgiya sindromundan xəbər verir.

"Uluyol" publika.az-a istinadən bu yazıda fibromialgiya xəstəliyinin ilkin əlamətlərini təqdim edir.

Xəstəliyin ilkin əlamət və simptomları

3 aydan çox davam edən yayılmış bədən ağrısı.Ağrı, əsasən, boyun, bel, qol və ayaqlarda, döş qəfəsində müşahidə olunur.Ağrılar stress, yuxusuzluq, soyuq və rütubətli hava şəraitində arta bilər.

Yuxu pozulması

Səhər saatlarında yorğunluq

Diqqəti toplaya bilməmək, qısa və ya uzunmüddətli yaddaş problemləri

Həyəcan və depressiya

Baş ağrıları

Qollar, ayaqlar və üzdə uyuşma

Sidik kisəsi və bağırsaqlarda funksional pozulma

Ağrılar

Bir nöqtədən başlayıb, bütün bədənə yayılan ağrılar daha çox boyunda, kürək sümüklərinin arasında, beldə, baldırda və kürək nahiyəsində daha çox hiss olunur. Ağrıların şiddəti gün ərzində olan fiziki fəaliyyətlərə, yuxu vəziyyətinə və stresə görə dəyişir. Fibromialgiya sindromu olan xəstələrin 50 faizində miqren və təzyiq tipli baş ağrılarına da rast gəlinir.

Yorğunluq

Xəstələr, ümumiyyətlə, əqli və fiziki yorğunluqdan şikayət edirlər.

Yuxu pozğunluqları

Fibromialgiya sindromunda xəstələr yaxşı yata bilmir. Yatsa belə, bu, ortaya çıxan zehni fəaliyyət üzündən sağlam və keyfiyyətli yuxu olmur. Belə xəstələr yuxudan ağır bir iş görmüş kimi yorğun oyanırlar.

Bağırsaq problemləri

Ürək bulanması, ishal, qəbizlik, qarın ağrısı və qaz çıxartmaq fibromialgiyalı xəstələrdə tez-tez görülən əlamətlərdir.

Oynaq problemləri

Alt və üst çənə arasındakı sahədə funksional pozğunluq fibromialgiya sindromunun xəbərçisidir. Bununla əlaqədar olaraq, üz və kəllədə şiddətli ağrılar olur.

Onu da qeyd etmək lazımdır ki, fibromialgiyalı xəstələr müxtəlif dərmanlara qarşı həssas olurlar. Eyni zamanda, spesifik qidalara, parlaq işığa, səs-küyə və ağır qoxulara sərt reaksiya verirlər.

Müalicə üsulları

Tez yatmağa çalışın. Yatmazdan əvvəl yuxu gətirən bitki çayları için.

Günəşdə daha çox vaxt keçirin, D vitamini qəbul edin. Piyada gəzintilər də çox faydalıdır.

İdmanla məşğul olun!

Bu sindromdan əziyyət çəkənlərə ağrıkəsici vasitələr kömək etmir. Ağrıya baxmayaraq, öz bədənini məşqə kökləmək lazımdır. İdman orqanizmi möhkəmləndirir, depressiyanın öhdəsindən gəlməyə kömək edir.Əvvəlcə, yüngül məşqlərə başlayın. Tədricən yükü artırın. Aparılan araşdırmalarda da sübuta yetirilib ki, məşqlər yuxu pozğunluğu, zəiflik, baş ağrısı, əzələ ağrılarını qısa müddətdə aradan qaldırır.

 

Uluyol.az

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300