Deputatla bəstəkar söz duelinə çıxdı – FOTOLAR

Cavanşir Quliyev Fazil Mustafaya: "Sənin xuliqanlığına cavab verməyəcəm…. Səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin”edib?”

"GünazTV” internet kanalında Əməkdar jurnalistQulu Məhərrəmlinin təqdimatında yayımlanan "Mətbuat aynasında” verilişinin ötəngünküburaxılışı Bayraq bayramına həsr olunub. Proqramın qonağı millət vəkiliFazil Mustafa olub.

Proqram bitdikdən bir neçə saat sonra Q.Məhərrəmli verilişin linkini öz"Facebook”səhifəsində paylaşıb.

Türkiyədə yaşayan azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimiCavanşir Quliyevhəmin paylaşımına şərh yazaraq deputat F.Mustafanı tənqid edib.

"Qulu, bu adam Üzeyir bəyin yaratdığı o gözəl himnisevmir vəbunu açıq bəyan edir. Xəbərin varmı? Himn qəbul olunarkən (1992) orda idi (hökumətdə) və susdu”, – deyə C. Quliyev qeyd edib.

F.Mustafa bəstəkarın tənqidi şərhinə münasibət bildirib: "Qulu Məhərrəmli bizim bayraqla bağlı "GünazTV”-də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla, bir qrup geri zəkalıfikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da, bir arpa boyu ağıllanmayıblar.

Mənim himn də, bayraq da daxil olmaqla, istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.

C.Quliyevisə deputatın sözlərinə bu cür reaksiya verib: "Sənin xuliqanlığına cavab verməyəcəyəm, Fazil. O ki qaldı təhlilə, təftiş və təhlil olunmalı sənsən – səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin”edib? Bax, bunu təhlil et…

O ki qaldı mənim getməyimə, ay "millət vəkili”, sən rahat yerindən haradan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları haradan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub, gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən!

Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”.


 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300