Texniki Humanitar liseydə özbaşınalıq-FOTOLAR

 

16 saylı Texniki Humanitar liseydə özbaşınalıq və xaos baş alıb gedir.

Bu barədə valideynlərdən biri sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən təhsil ocağının yeni direktoruAynurə Hacıyeva şagirdin valideyninə və övladına müharibə elan edib. Valideynin sözlərinə görə, Aynurə Hacıyeva hər fürsətdə şagirdin hüquqlarını pozmağa çalışır.

Maraqlıdır ki, Aynurə müəllimə rus bölməsi olan məktəbdə işləməsinə baxmayaraq, özü bu dildə bir kəlmə də olsun bilmir. O, valideynlərlə həmişə yüksək səslə danışır. Valideynin sözlərinə görə, direktor bəyənmədiyi müəllimləri alçaldır və müxtəlif yollara əl ataraq, onları işdən çıxardır. Övladına qarşı qərəzli münasibətdən bezən ana bunları da qeyd edir:

"Qızım sinfin əlaçısıdır. O, coğrafiya fənnindən SQT-ni (summativ qiymətləndirmə testi) əla qiymətə yazıb, amma müəllimə ona "kafi” verib. Məktəbin direktor müavini onun testinə baxdıqdan sonra, şagirdin düzgün qiymətləndirilmədiyini dediyi halda, müəllim onun iradına məhəl qoymamışdır.
Bu sözlərimə əlavə olaraq onu da bildirmək istəyirəm ki, Təhsil Nazirinin əmri ilə SQT-lər şagirdlərə çap olunmuş formada paylanmalıdır. Müəllimə isə əlyazmanı lövhəyə yazıb, sonra şagirdlərə köçürtməyi tapşırıb, nəticədə, onların 10-15 dəqiqə vaxtlarını alıb”.

İş burasındadır ki, son 1 il ərzində direktorla bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlanıb. Amma hər dəfə bu şikayətlərin üstü, Aynurə xanımın Təhsil Nazirliyində işləyən həyat yoldaşı Elnur Hacıyev tərəfindən ört-basdır edilib.//yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300