"Məlahətli söhbətlər”ə  əslən azərbaycanlı, "Çoçuklar Duymasın” serialındakı Haluk obrazı gəlir 

Türkiyənin üç kino ulduzu Bakıya təşrif buyuracaq.

 

 

Özge Özder, Begüm Birgören və əslən Qərbi Azərbaycanlı olan aktyor Tamer Karadağlı Məlahət Abbasovanın "Məlahətli söhbətlər” verilişinin qonağı olacaqlar.

Özge Özder ilə Begüm Birgören Azərbaycana bu ayın 16-sında gələcək və 4 gün şəhərimizdə qalacaqlar.

"Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq.

Məlumat üçün bildirək ki, 50 yaşlı aktyor müsahibələrində dəfələrlə əslən azərbaycanlı olduğunu deyib. O, bildirib ki, ata yurduna gəlmək onun çoxdankı arzusudur. Bu barədə Məlahət Abbasova da sosial şəbəkədə yazıb.

Uzun illərdir ki, Türkiyədə yaşayan və orada aktrisa fəaliyyət göstərən M.Abbasova bildirib ki, Tamer Karadağlı bu təklifdən çox duyğulanıb və həyəcanla Bakıya gəlməyi gözləyir.

Tamer Karadağlı müsahibələrinin birində ata-baba yurdu haqqında bunları etiraf edib: "Mən əslən azərbaycanlıyam, Azərbaycan mənim atalarımın torpağıdır. Evimizdə Azərbaycan yeməkləri bişirilir, Azərbaycan musiqilərini dinləyirik. Əmilərim, bibilərim azərbaycanca danışır”.

Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir.

"Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300