İcra başçısı sahibkarın obyektinin qapısını hördürür- Fotolar

 

 Gədəbəy rayonundan sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu criminal.az saytına zəng edərək saytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə, ölkənin birinci vitse-prezidentinə müraciət edib


Müraciətdə deyilir: "Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, artıq altı ilə yaxın bir müddətdir rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz üzə qalmışam.Yediyarov icra başçısı təyin olunan ay mənə məxsus olan obyektin girişini kərpic divarla hördürdü və üzərinə plakat yapışdırdı. Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğuradıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi.

Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özüm hördürmüsən. Sizə bildirirəm ki, foto şəkillərdən də göründüyü kimi bu divarın mənim obyektimə düşən günəş şüasının qarşısını kəsməkdən və H.Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür. Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafuq orqanlara göstəriş verəsiniz,ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz.

İcra başçısının birinci müavini Qüdrat Paşayev məsələyə münasibət bildirərkən absurd cavab verib. O, criminal.az-a bildirib ki, rayonda görülən bütün işlər inkişaf üçün edilir. Oniun sözlərinə görə, F.Bağırovun obyektində görülən işlər də qərəzli deyil".

 
 
İcra başçısı sahibkarın obyektinin qapısını hördürür
İcra başçısı sahibkarın obyektinin qapısını hördürür İcra başçısı sahibkarın obyektinin qapısını hördürür İcra başçısı sahibkarın obyektinin qapısını hördürür
"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300