Azərbaycandan Tarkana şok təklif- 1.5 MİLYON DOLLARLIQ KONSERT

Türkiyəli müğənni Tarkana Bakıdan yeni konsert təklifi gəlib.

 

Uluyol.az axşam.az-a istinadən xəbər verir ki, bu il "10” albomu, konsertləri və reklam müqavilələri ilə 50 milyon lirə (təxminən 25 milyon manat) qazanan ifaçı Yeni il üçün təkliflər almağa başlayıb.

Belə ki, meqastara Kiprdəki bir hoteldən 3 milyon lirəlik (təxminən 1,5 milyon manat), Azərbaycandan isə 1,5 milyon dollarlıq təklif gəlib.

Yeni illə bağlı Bakıdakı təşkilatçılıq şirkətlərindən birindən təklif alan Tarkanın cavabının nə olduğu hələ bəlli deyil.

Qeyd edək ki, Tarkan iyunda Formula-1 çərçivəsində keçirilən konsertdə səhnəyə çıxmış və buna görə 500 min dollar almışdı.

 

Türkiyəli müğənniyə edilən 1.5 milyon dollarlıq təklif birmıənalı qarşılanmayıb. Gənc yazar Turan İsayeva uluyol.az-a yolladığı yazının mətnini təqdim edirik:

" Sən demə Azərbaycan Respublikasının büdcəsində bu qədər artıq, haraya xərcləyəcəklərini bilmədikləri pul var imiş. Söhbət müğənni Tarkanın yeni il gecəsi Bakıda keçirilməyi planlanan konsretin təklif qiymətindən gedir. 1.5 milyon dollar nə deməkdir ay qardaş? Neçə ac ailənin, neçə çarəsiz xəstənin, neçə küçədə yatan evsiz, işsiz vətəndaşın boğazından kəsmisiniz o pulu ay vicdansızlar? Bu millət bu adamı neynir axı? Zatən pulu olan təbəqəyə gətirmirsinizmi bu insanı? Bu təbəqənin insanı istəsə gedib Tarkana ölkəsində qulaq asar da. Niyə özünüzə əziyyət verirsiniz axı? Özünüzə əziyyət verməkdəm əlavə bu kişinin oğlunu niyə söydürüsüz bu millətə? Yazıq deyilmi?

Mənim problemim Tarkan deyil. Mahnıları ilə böyüyən bir nəslin nümayəndəsi elə özüməm. İncəsənətə dəstəyinizi də, əyləncə anlayışınızı da başa düşürəm. Amma bu deyil. Bu yolla olmamalıdı dəstək. Milyonlarımız varsa əgər lazımi yerlərə xərclənsin. Məsəl üçün kitab çıxarda bilməyən istedadlı bir gəncə dəstək olunsun, maddi cəhətdən oxuya bilməyən uşaqlara kömək edilsin. Əvvəl özümüzə xərclənsin o pullar, sonra ehsan kimi dağıdılsın ona-buna.

Vallah biz özümüzü öldürüb, milyonlar töküb gətirməklə deyil. Tarkanı da sabah qoysaz bir jüri kreslosuna, deyəcək Azərbaycanlının dilini bəyənmirəm deyə istəmirəm. Yollarına pul tökərək özümüzü sevdirə bilmərik o millətə. Bunun başqa bir yolu olmalıdır..."

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300