Filippində Donald Trampın səfərinə etiraz edirlər

 

Manila küçələrində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti astanasında noyabrın 12-də tədbirə qoşulacaq ABŞ Prezidenti Donald Trampın Filippinə girişini qadağan etməyə çağıran şüarlar peyda olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Manila şəhərinin mərkəzində "Filippində Trampa yox” şüarı sammitə gələn nümayəndələri salamlayan lövhədə də yer alıb. Şəhərin bələdiyyə xidməti naməlum şəxslərın qara boya ilə yazdıqları şüarı silməyə çalışır.

Noyabrın 10-da Filippinin paytaxtında etiraz aksiyası keçirilib. Polis şəhərin küçələri ilə ABŞ səfirliyinə yürüş etməyə çalışan aksiya iştirakçılarını dayandırıb. Etirazçılar "ABŞ-ın Filippində imperialist təcavüzü və çoxillik hökmranlığı” əleyhinə çıxış edərək Amerika əleyhinə şüarlar səsləndirib.

Xatırladaq ki, Manilada noyabrın 10-dan 14-dək 31-ci ASEAN sammiti çərçivəsində tədbirlər keçirilir. Dünya liderləri isə Filippinə noyabrın 11-dən gəlməyə başlayacaq. Manilaya "Asiya onluğu” ölkələrindən əlavə, aralarında Hindistan, Kanada, Koreya Respublikası, ABŞ, Yaponiya və digər dialoq üzrə tərəfdaş dövlətlərdən də qonaqlar gələcək. Noyabrın 12-də axşam saatlarında Filippin Prezidenti Rodriqo Duterte qonaqlar üçün ASEAN-ın 50 illik yubileyinə həsr olunan qəbul təşkil edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300