Qazaxda benzin daşıyan maşın yanır
Qazaxda benzin daşıyan maşın yanmağa başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub.