Baş ağrısının səbəbləri

Baş ağrılarının bir çox səbəbləri var. Baş ağrısına səbəb olan faktorların ən əsası stressdir. Ailə həyatındakı və işdəki çətinliklər, iş mühitindəki səs-küy stressi yarada bilər.

Stressdən qaynaqlanan baş ağrıları, boyun, çiyinlər və başa təsir edir. Çiyin və boyun əzələlərində əmələ gələn ağrılar birbaşa olaraq baş nahiyəsinə təsir göstərir. Bunun üçün özünüzü stressli hiss etmənizə gətirib çıxaran səbəbləri və bunlara qarşı nələr edə biləcəyinizi nəzərdən keçirməlisiniz.

 

Məsələn, yaxşı bir masaj təsirli ola bilər. Əgər masaj edə bilmirsinizsə, səssiz və xoş mühitdə bir neçə dəqiqə uzanın, heç nə düşünməməyə çalışın. Bütün bunlarla yanaşı çox yüngül bir ağrıkəsici və ya aspirin qəbul edə bilərsiniz.


Baş ağrılarından ara-sıra şikayətlənənlərin qidalanmasına diqqət yetirilməlidir. Məsələn, az-az və tez-tez yemək, allergik olduğunuz qidalardan uzaq dayanmaq, görülən sadə tədbirlərdir.

Baş ağrısının əsas səbəbləri:

- Bədəndəki infeksiyalar
- Dövri problemləri
- İzdihamlı məkanlar və səs-küy
- Qan şəkərinin aşağı olması
- Nizamsız yuxu
- Allergiya
- Həddindən artıq kədər, stress, sinir pozğunluğu

Həkimə müraciət etməyinizi tələb edəcək vəziyyətlər:

- Qol və ayaqlarda zəiflik, qusma, cüt görmə, danışıq pozuqluğu və ya udma çətinliyi ilə birlikdə şiddətli başağrısı varsa.
- Birdən-birə, ortada hər hansı bir səbəb olmadan, gecə sizi yuxudan oyandıra biləcək qədər şiddətli ağrı.
- Baş yaralanmasından sonra yaranan yaddaş çatışmazlığı, baş gicəllənməsi, ürəkbulanması, qusma və baş ağrısı varsa.
- Hərarətin yüksəkliyi, gözlərdə qamaşma, bulanma və boyun ağrıları ilə birlikdə şiddətli baş ağrısı varsa.
- Səhər oyandıqda başınızın arxasında hiss etdiyiniz və bütün gün dayanmayan döyünmə.
- Yaddaş, danışıq və görmədə müxtəlif problemlər doğuran ağrılar.
- Bədənin tarazlığını itirməsi ilə birlikdə görünən ağrılar.

Sadaladığımız hallarda ciddi bir problemlə qarşı-qarşıya olma ehtimalınız yüksəkdir. Şübhəsiz mütəxəssisə müraciət etməlisiniz.

 

Nərmin Həsənli, Qaynarinfo.Az


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300