Marsda şumerlərin yazısı olan disk tapıldı -Video

Dünya alimləri tez-tez Marsın ölü planet olmaması haqda fikirlər dilə gətirirlər.

Bu gün bir xeyli araşdırmaçı, tədqiqatçı etiraf edir ki, Qırmızı planetdə həyat olub, hətta bəlkə indi də davam edir. Həm də söhbət hansısa bakteriyalardan deyil, bizdən dəfələrlə inkişaf etmiş şüurlu varlıqlardan gedir.

Boşuna deyil ki, bu uzaq planetə aid şəkillərdə ard-arda müxtəlif artefaktlar, heykəllər və ya heykəl parçaları, humanoid qalıqları, kosmik uçuş aparatları, hətta tam bir yerdənkənar sivilizasiyanın, yaxud marslıların şəhərlərini aşkar edirlər.

Bəs şumerlərin diski Marsa necə düşüb?

Ufoloq və virtual arxeoloqların çoxsaylı tapntıları hətta kifayət qədər konservativ elm adamlarının beynində də şübhə toxumları əkir.Buna misal olaraq ötən ayın sonunda alternativ araşdırmaçıların Marsda tapdıqları qayaya oyulmuş, üstündə qəribə yazılar görünən ideal dərəcədə düzgün formalı dairəni göstərmək olar. Tapıntı haradasa qədim şumer qravüralarının eynisidir. Bəs Cənubi Mespoatamiyanın qədim sakinləri Marsa necə ayaq aça, orada öz mədəniyyət nümanələrini saxlaya biliblər? Bəlkə haçansa marslılar Yerə uçub ilk insan sivilizasiyasına öz dillərini öyrədiblər?

Konspiroloqlar bu versiyanı istisna emir.

Müasir kompüter texnikasının köməyindən istifadə edən mütəxəssislər peykdən alınan fotoların üstündə işləyərək bu sirli diskin maksimal dəqiqlikdə görüntüsünü əldə ediblər.Məlum olub ki, diskdə əlini yana uzatmış saqqallı bir kişi təsvir edilib.

Bəzi ufoloqlar belə iddia edir ki, qayanın içində kosmik gəmi yerləşir, diskdə yazılanlar isə "yaşıl adamcıqların” öz uçan aparatını tapmaq üçün istiqamət rolunu oynayır. Başqaları isə əmindir ki, dairəni qaya üzərinə, ola bilsin, lap çoxdan mövcud olmuş marslılar özləri həkk edib, ancaq əldə elə bir sübut yoxdur ki, onların hələ də Marsda yaşamadıqlarını iddia edəsən. Əksinə, onların hazırda mövcud olmaları ilə bağlı bəzi ciddi dəlillər mövcuddur…

Qeyd edək ki, uşaqlıqdan indiqo hesab edilən, fenomenal yaddaşa və heyrətamiz qabiliyyətə malik volqoqradlı Boris Kupriyanov öz əvvəlki həyatında marslı olduğunu dumanlı şəkildə deyil, aydın şəkildə təsvir edərək elm adamlarını heyrətə salmışdı.//teleqraf.com

 

 
Uluyol.az
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300