Aprel şəhidi Nicat İsgəndərov haqqında film çəkilib- VİDEO

 

Şəhid Nicat İsgəndərov haqda film çəkilib.

 

2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində AzərbaycanOrdusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. "Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır.

 

Sənədli film Ağdam rayonunda yeni yaradılmış "T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, "Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan aşıq havalarından "Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin "Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır.

 

Xatırladaq ki, Nicat Bəhruz oğlu İsgəndərov 4 avqust 1989-cu ildə Tərtər şəhərində anadan olub. 2016-cı ilin aprel ayının 2-də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancaına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. (metbuat.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300