"Evimə gələn qaz xəttini kəsərək..." -
CƏLİLABADDAN ŞİKAYƏT
Şikayətçi Xuraman Əkbərova iki övladı və onkoloji xəstə
anası ilə soyuqda qaldıqlarını yazır:
«Hörmətli redaksiya!
Bildirmək istəyirəm ki, mən – Əkbərova Xuraman Sərraf qızı Cəlilabad rayon Səttarxan
küçəsində iki övladım və onkoloji xəstə olan anamla birlikdə yaşayırıq. Bir neçə
gündür ki, «Azəriqaz» İstehsalat Birliyinin Cəlilabad Qaz İstismarı Sahəsinin əməkdaşları
evimə gələn qaz xəttini kəsərək bizi soyuqda qoyublar. Səbəbi isə budur ki,
evimə çəkilmiş 333-10-44-00-1000-80 nömrəli sayğacım qaynım Abışov Habil
Xoçaxan oğlunun adına olmasıdır. Qaynım Habil Abışovun özünün yaşadığı mənzildə
233-10-43-342-00-000 nömrəli sayğacının «Azəriqaz»a 336 AZN borcu var. Ona görə
də «Azəriqaz»ın əməkdaşları qaynımın borcunu ödətdirmək üçün gəlib mənim də
evimin qaz xəttini kəsiblər.
Mən öz qaz borcumu hər ay vaxtlı-vaxtında ödəyirəm. Bununla bağlı mən Cəlilabad
Qaz İstismarı Sahəsinin rəis əvəzi Rafiq Məhərrəmovun qəbulunda olduq. Rafiq Məhərrəmov
isə bizə bildirdi ki, qaz xəttinin kəsilməsinə görə şikayət etdiyimiz üçün xətti
birləşdirmək fikri yoxdur. Dedi ki, şikayət məktubumuza təkzib yazaraq, səhv
etdiyimi bildirin. Mən isə bununla razılaşmadım. Çünki səhv mənim yox, qaz idarəsinin
işçilərinindir.
Hörmətli redaksiya!
Sizdən xahiş edirəm, qaz xəttimizin birləşdirilməsi üçün şikayətimi aidiyyəti
qurum rəhbərlərinin diqqətinə çatdırasınız. Çünki artıq havalar soyuyub, dörd nəfər
evin içində soyuqdan donuruq».
Məsələ ilə bağlı şikayətçinin bizə təqdim etdiyi Cəlilabad Qaz İstismarı Sahəsinin
rəis əvəzi Rafiq Məhərrəmovun mobil telefonuna zəng etsək də, çox təəssüf ki, zəngimiz
cavabsız qaldı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//tezadlar.az
Ulu Yol Xəbər portalı » Sosial » "Evimə gələn qaz xəttini kəsərək..." - CƏLİLABADDAN ŞİKAYƏT
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/