Nar bayramından yazan jurnalist həbs edilə bilər

 

Bu günlərdə Azərbaycanın Göyçay rayonunda (Bakıdan 216 kilometr qərb) keçirilmiş Nar bayramından yazan jurnalist, hefteaz.info saytnın rəhbəri Aqil Mahmudovun həbsi isənilir.

Bu haqda Turan agentliyinə jurnalistin özü bildirib.

A.Mahmudovun bildirdiyinə görə, Nar bayramı ərəfəsində saytda "Göyçayda nar bayramı xar bayramı ola bilər” sərlövhəli məqalə dərc edilib. Həmin məqalədə bayramdan öncə nar təsərrüfatı sahiblərindən bayramda iştirak etməyə görə pul toplanmasından bəhs edilib. Yazıda iddia edilib ki, həmin vəsaitin toplanmasını rayonun icra hakimiyyəti təşkil edib.

Məqalə yayıldıqdan sonra Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Aqil Mahmudovu məhkəməyə verib. Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən icra başçısı hesab edir ki, jurnalist ona böhtan atıb.

Aqil Mahmudova qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (Böhtan) üzrə cinayət işinin açılması, onun həbs edilməsi istənilir.

Jurnalist ittihamı rədd edir, məqalənin ictimai müzakirələr kontekstində hazırlanmdığını bildirir.

İcra başçısının şikayəti Göyçay rayon Məhkəməsində hakim İbrahim Fəttahovun icraatına verilib.

Məhkəmə noyabrın 14-də başlaycaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300