Baş ağrıları, qorxu, diksinmə, qarabasma…-MÜSAHİBƏ

 

Anaların anormal uşaq doğması ətraf mühitdən gələn neqativ enerjinin nəticəsidir

 

Paşa Yaqub: "Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar. Bu da bir neçə ildən sonra şikəst uşaqların doğulması ilə nəticələnir”

 

 

 

Son zamanlar ölkəmizdə nadir patalogiya ilə dünyaya gələn körpələrin sayı artıb. Bu yaxınlarda medianın gündəmini zəbt edən xəbərlərdən biri 4 əlli və 4 ayaqlı uşağın doğulması idi. Hər kəsi şoka salan bu xəbər ciddi müzakirələrə səbəb olmuşdu. Bu müzakirələr səngiməmiş növbəti qeyri-adi uşaq da görənləri heyrətləndirib.

 

2 il əvvəl doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra, uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da oğlan adı qoyub.

 

Lakin 1 yaşına çatanda yenidən müayinə olunan körpənin daxili orqanlarının tamamilə qadına məxsus olduğu bildirilib, bu səbəbdən əməliyyatla qadın edilməsinə qərar verilib.

Bəs bu cür halların baş verməsinə səbəb nədir? Hamiləlikdə ana bətnində hansı hallar baş verir ki, nəticə bu qədər acınacaqlıdır?

 

Tanınmış həkim-psixoterapevt Paşa Yaqub mövcud vəziyyətlə bağlı "Şərq”ə açıqlama verib. Həkimin sözlərinə görə, son dövrlər cəmiyyətdə anormal uşaqların doğulması halları artıb:

 

"Psixoloq olaraq bu cür uşaqların anaları arasında apardığımız test sorğuları bir çox heyrətamiz faktları ortaya qoymaqdadır. Həmin faktlar uşaqların ana bətnində bu cür şikəst yaranmasının səbəblərini tapmaqda bizə yardımçı oldu. Test sorğularından aydın olur ki, anormal doğulan uşaqların analarında bir qayda olaraq hamiləlik dövründə eyni əlamətlər müşahidə olunub:yuxuda diksinmə, qorxu, əsəb, stress, boğulma, qarabasma, qorxulu yuxular görmə, ürək döyüntüləri və s. Bütün bunlar beyində sabitliyin pozulmasının əlamətləridir ki, şikəst uşaqlar hələ ana bətnində olarkən, analarda bu əlamətlər müşahidə olunub”.

 

- Bəs analarda müşahidə olunan bu problemlər nəyin nəticəsidir?

 

- Bunu izah etmək üçün, fizikanın qanunlarına müraciət edək. Çünki Kainat fizikanın qanunları ilə idarə olunur. Bildiyimiz kimi, fizikada iki cür - dəyişən və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi "dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri, qorxular, diksinmələr, boğulmalar, pis yuxulardan əziyyət çəkmə, qarabasma halları baş verir. Bu hallar insanın beyin damarında baş verən sıxılma ilə əlaqədardır ki, bu da getdikcə həmin damarın qurumasına doğru gedir. Nəticədə həmin ananın bətnində funksional pozğunluq baş verir. Qeyd edim ki, anormal uşaqların bətndə yaranma prosesi bu cür baş verir... Hamilə qadınlar özlərində yuxarıdakı halları müşahidə etsələr də, bunun mahiyyətini bilmədiklərindən, yaşadıqları narahat hallara məhəl qoymurlar.

 

- Bu halları necə aradan qaldırmaq olar? Necə etmək olar ki, uşaq sağlam doğulsun?

 

- Apardığımız araşdırmalar göstərir ki, son dövrlər ailələrdə doğulan ilk uşaq əsəbi olur. Şikəst doğulan uşaqlar da adətən ailənin birinci övladı olur. Anormal doğulan köpələrin analarını test edərkən, aydın görmək olur ki, onlar hamiləlik dövründə və ondan xeyli əvvəl, bəzən hətta, qız vaxtından neqativ travma alırlar. Nəticədə onların orqanizmində sabitlik pozulur; daimi baş, çiyin ağrıları, diksinmə, qorxu, əsəb, qarabasma halları yaşayırlar. Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar. Bu da bir neçə ildən sonra şikəst uşaqların doğulması ilə nəticələnir. İnsanlar bilməlidirlər ki, ana bətnində dölün anormal olması, ətraf mühitdən gələn neqativ enerjilərin nəticəsidir. Bütün növ neqativ enerjilərin təsiri nəticəsində ananın beynində və ruhunda sabitlik pozulur. Beynin kapilyar damarları sıxılmağa və nəhayət, qurumağa başlayır. Bunu virusun kompyuteri dondurması ilə müqayisə etmək olar. Qadınlar (qızlar) həssas olduqlarından, neqativ təsirə kişilərdən daha çox məruz qalırlar. Amma bu sahədə bilgisiz olduqlarından, vaxtında tədbir görüb, bu enerjidən azad ola bilmirlər. Nəhayət, hamiləlik dövründə onlar bu neqativ enerjini bətlərindəki övladlarına ötürürlər. Beləliklə, beyin damarları qurumuş, bədən üzvləri inkişafdan qalmış övlad dünyaya gətirirlər. O ki qaldı bütün bunların qarşısını almağa, psixoloq olaraq, təcrübəmiz göstərir ki, hamilə qadınlar yuxarıda sadaladığım əlamətləri vaxtında aradan qaldırarlarsa, sağlam övlad dünyaya gətirərlər. Onu da qeyd edim ki, bizim tətbiq etdiyimiz metodla bir neçə seansla bu əlamətləri aradan qaldırmaq mümkündür. Yeri gəlmişkən, qeyd edək ki, bu gün cəmiyyətdə geniş şəkildə yayılan neqativ enerji tək anormal uşaqların doğulmasına səbəb olmur; bu enerji həm də ailələrin sürətlə dağılmasına, uğursuzluqlara, evlərdə sirli yanğınlar baş verməsinə, xəstəliklərin artmasına və intiharların tüğyan etməsinə səbəb olur.

 

- İndiki dövrdə neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir?

 

- Cəmiyyətdə neqativ enerji bütün dövrlərdə olub. Amma əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların "xidmətindən” istifadə edənlərin artması ilə əlaqədardır. Vurğulamaq istəyirik ki, Fironun dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb. Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar - yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər - bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ ("qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini çətin duruma salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə, şikəst uşaqların doğulmasına səbəb olur... Təcrübəmiz göstərir ki, bu cür neqativ əlamətləri insanlardan (o cümlədən hamilə qadınlardan) çox asanlıqla yox etmək mümkündür. Bu əlamətlərdən xilas olan anadan heç vaxt anormal uşaq doğulmaz.

 

Yeganə Bayramova, sherg.az



MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300