İspaniya baş naziri Kataloniyaya səfər edəcək

 

Bu gün İspaniya baş naziri Mariano Rahoy Kataloniyaya səfər edəcək.

APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Kataloniya parlamenti tərəfindən müstəqillik elan edilməsi və rəsmi Madrid tərəfindən regional muxtariyyətinin hökumətinin buraxılaraq yeni seçkilərin elan olunmasından sonra İspaniya baş nazirinin regiona ilk səfəridir.

M. Rahoyun yerli vaxtla saat 11.00-da Barselonaya gələcək. İspaniya baş nazirinin səfərində məqsəd dekabrın 21-də keçiriləcək parlament seçkilərində Xalq Partiyasına dəstək verməkdir. İspaniya baş nazirinin ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulmayıb.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. İspaniya Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300