Yaponiya sahillərində zəlzələ baş verib
Yaponiyanın Honsyu adasından şərqdə, Senday şəhərinin təqribən 360 km-də 6 maqnituda gücündə zəlzələ baş verib.
"Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.