İranda baş verən zəlzələdə ölənlərin sayı 450–yə çatıb

 

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 450–yə çatıb, yaralıların sayı isə 7 minə yaxındır. Bu barədə xəbər verən Press TV kanalı bildirib ki, dağıntılar altından cəsədlərin çıxarılması davam edir.

İranın Fövqəladə Hallar Təşkilatının Kirmaşah idarəsinin rəhbəri Reza Mahmudian bildirib ki, hələlik 300 cəsədin çıxarılması mümkün olub. Onun sözlərinə əsasən, bəzi hallarda dağıntılar altından çıxarılan ağır yaralılar xəstəxanaya göndərilir, lakin onların həyatlarını xilas etmək mümkün olmur. Buna görə də ölənlərin sayını tam dəqiqliklə demək çətindir.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə, Pakistan, Almaniya və başqa dövlətlər zəlzələ bölgəsinə yardım göndərmək istəklərini bildirərək İran hökumətinə müraciət ediblər. (Azərtac)

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300