93 yaşlı prezident Muqabe girov götürüldü: Ordu həbslərə başladı

 

Zimbabve ordusu paytaxt Harareyə daxil olub.

Axar.az xəbər verir ki, "Röyter” agentliyi ordunun Zimbabve dövlət televiziyası olan ZBC-nin Baş Qərargahını ələ keçirdiyini yazıb. Televiziyaya daxil olan hərbçilər jurnalistlərlə sərt rəftar ediblər. Buna rəğmən ZBC, tezliklə, sərt rəftarla bağlı yayımlanan məlumatın həqiqəti əks etdirmədiyini və hərbçilərin televiziyaya sistemin qorunması üçün gəldiyini vurğulayıb.

Maraqlı məqam odur ki, hərbçilərin ZBC binasına daxil olmasından sonra paytaxtda üç partlayış törədilib. Partlayışın kim tərəfindən törədildiyi müəyyən edilməyib.

Zimbabve ordusu həmçinin hərbi texnikasını paytaxt Harare ətrafına toplayıb. Ordunun paytaxta yeridilməsindən indiyə qədər hələlik 37 ildir ölkəni idarə edən Prezident Robert Muqabenin taleyi haqqında heç bir məlumat verilməyib.

Ölkədə olan ABŞ və Britaniya səfirliklərini öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar.

Image result for robert Muqabe

Artıq komandanlıq məlumat yayaraq Harareyə hərbi texnikanın yeridilməsinin dövlət çevrilişi cəhdi olmadığını vurğulayıb. Komandanlıq sadəcə cinayətkarlarla mübarizə üçün ordunun paytaxta girdiyini və hər şey qaydasına düşdükdən sonra əsgərlərin buradan çıxarılacağını bildirib.

Qeyd edək ki, ölkədə qarışıqlığa səbəb Zimbabvenin hakim partiyası ZANU-PF-nin Silahlı Qüvvələrin rəhbəri Konstantin Çivenqanı xəyanətdə ittiham etməsi olub. Bundan sonra Çivenqanın müttəfiqi sayılan vitse-prezident Emmerson Mnanqaqvu dövlət çevrilişində ittiham edilərək Prezident Robert Muqabe tərəfindən istefaya göndərilib. Çivenqa bu istefaya sərt reaksiya verərək, ölkədə yaranan siyasi böhrana son qoyacağını söyləyib.

Muqabe 1980-ci ildən Zimbabveni idarə edir. O, ABŞ-a qarşı sərt ittihamları ilə seçilir. Sosializm ideyalarına bağlı olan Muqabe ölkədə bazar iqtisadiyyatının tətbiqini tam qadağan edib. O, həmçinin, ağdərili fermerlərin təqibi, qara rasizmdə ittiham edilir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300